Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ müxalifət lideri Qonzalesi Venesuela seçkilərinin qalibi kimi tanıyıb

Ağ Ev müxalifət namizədi Edmundo Qonzales Urrutianı Venesuelada prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib...

ABŞ müxalifət lideri Edmundo Qonzalesi Venesuelada keçirilən prezident seçkilərinin qalibi kimi tanıyıb.

Poliqon xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken müxalifət namizədinin seçkidə qalib gəldiyini bildirib və əlavə edib ki, Ağ Evin məlumatına görə, hazırkı hakimiyyətin elan etdiyi nəticələr xalqın iradəsini əks etdirmir.

Qeyd edək ki, Venesuelanın Milli Seçki Şurası iyulun 28-də keçirilən seçkilərin nəticələrini hələ açıqlamayıb.

“Müxalifət seçki məntəqələrindən gələn protokolların 80%-dən çoxunu dərc edib. Bu məlumatlar göstərir ki, Qonzales Urrutia səslərin əksəriyyətini qazanıb”, deyə Blinken ABŞ-ın mövqeyini izah edib.

Amerika dövlət katibi qeyd edib ki, Venesuelada seçkilərdə qələbə xarici müşahidəçilər və exit-poll tərəfindən təsdiqlənir. Blinken bildirib ki, Ağ Ev dünya üzrə tərəfdaşlarla məsləhətləşib. Bu tərəfdaşların heç biri Nikolas Maduronun səslərin çoxunu aldığına inanmır.

Dövlət katibinin bəyanatında Qonzales birbaşa Venesuela prezidenti kimi göstərilmir. Bununla belə, sənəddə müxalifət liderini “uğurlu kampaniyaya görə” təbriklər və Venesuela tərəflərini hakimiyyətin dinc yolla ötürülməsi ilə bağlı danışıqlara başlamaq çağırışı var. Burada ABŞ-ın bu işdə onlara dəstək olacağı vədi də qeyd olunur.

Xatırladaq ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Ölkənin hazırkı lideri Nikolas Maduro qalib elan edilib. Maduronun rəqibi, Qonzalesin komandası məğlubiyyəti açıq şəkildə mübahisələndirib. Venesuelanın bir neçə şəhərində polislə toqquşmalar başlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Ən çox oxunanalar