Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həqiqətin gözünə baxma zamanı - Qərb dəyərləri niyə “karton evlər” kimi dağılır?..

Amerikanların və onların müttəfiqi NATO-nun Əfqanıstandan çıxmasıyla bir həqiqət ortaya çıxdı: Qərbin dünyaya təklif etdiyi dəyərlər uğruna Qərb sərhədlərindən kənarda heç kim savaşmaq istəmir…

Ancey Kraevski
Dziennik Gazeta Prawn, Polşa, 19.08.2021

“Onların hələ də taliblər üzərində çoxlu üstünlükləri var: Say çoxluğu, müasir silahlar və texniki təchizat, hava qüvvələri və onlara bizim verdiyimiz təlim. Onlar sadəcə bu üstünlüklərdən yararlanmalıdırlar”.

Bu sözlər Pentaqonun mərbuat katibi general Con Kirbiyə (John Kirby) aiddir və o, bu fikirləri Talibanın Kabilə girməsindən 3 gün əvvəl səsləndirmişdi.

“Taliblərin müasir texniki təchizatlı silahları yoxdur, lakin onlar sabit maliyyə qaynaqlarına sahibdirlər. Bundan başqa onlar vahid qrup halındadırlar”, deyə qlobal “Ceyns informeyşn qrup” şirkətinin əməkdaşı Neha Dvivedi (Neha Dwivedi) “Politiko” portalına açıqlamasında söyləmişdi. Neha Dvivedi məlumatların toplanması və analizi ilə məşğul olur. Xanım Dvivedi Əfqanıstanın hakimiyyət qüvvələrinin məğlubiyyətini “korrupsiya, bərbad idarəetmə və birliyin olmaması” ilə əlaqələndirib

Əfqanıstanda Qərb qaydalarının sonunu işaqlandıran KİV-lərdə son günlər saysız belə şərhlər var. Siaysətçilər, analitiklər, konfliktoloqlar, generallar və digərləri bu cür şərhləri kütləvi şəkildə dilə gətiriblər və jurnalistlər də bu şərhləri ictimailəşdiriblər.

Real mənzərənin təhrifi

Əslində bütün bu şərhləri yalan yığını adlandırmaq daha doğru olardı. Ancaq daha yumşaq desək, ekspertlər son 20 ildə ABŞNATO-nun Əfqanıstanda əkmək istədikləri qaydaların darmadağın olması ilə bağlı səbəbləri və yaranan mənzərəni sadəcə təhrif etməklə məşğuldurlar. Həqiqətdə isə ABŞNATO-nun məğlubiyyətinin səbəbləri çox sadədir: Heç bir əfqan iki on illik ərzində Qərbin superdövlətinin və müttəfiqlərinin onlara təklif etdikləri üçün ölmək istəmədi. Daha doğrusu əfqanların böyük əksəriyyəti bu yeni Qərb dəyərləri üçün mübarizə aparmaq istəmədi və bu üzdən də “karton ev” çox sürətlə dağıldı. Bu “karton ev”i 20 il inşa etdilər və bu ev bir ayın içində darmadağın oldu. Halbuki taliblərin şəhərləri sürətlə ələ keçirmək üçün nəqliyyat vasitələri belə yoxdu.

Bu acı həqiqəti axır ki, prezident Bayden də başa düşdü və Amerikanlara televiziya ilə müraciətində belə dedi: “Biz əfqanlara öz gələcəklərini müəyyənləşdirmək üçün maddi olan hər şeyi verdik, ancaq biz onlara gələcək uğrunda mübarizə aparmaq üçün arzu və istək verə bilmədik”.

Öz gələcəkləri üçün mübarizə əzmi olan xalqların vətəndaşlarının və hərbiçilərinin necə davrandıqlarını biz Avropada dünya müharibəsinin başlanması ilə bağlı kinoxronikalarda, “Varşava üsyanı” ilə bağlı səhnələrdə görmüşük. Həmçinin həmin illərin memuarlarına da müraciət etmək olar. Bu memuarlarda azadlıq üçün, inandıqların üçün mübarizə aparmağa ehtiraslı istək görünütr.

Taliblərin hərbi hissələri özündə təqribən 75 min döyüşçünü birləşdirir və onların nə artileriyası, nə tankları, nə də raketləri vardı. Qərb isə Əfqanıstan ordusunu müasir silahlarla, o cümlədən təyyarələrlə təchiz etmişdi və əfqan ordusunun 350 000 şəxsi heyəti vardı. Əgər bu ordunun zabitlərində döyüşmək ruhu olsaydı, onlar Qərbin onlara gətirdiyi yeni dəyərlər uğrunda savaşmaq istəsəydilər, onda onlar 20 il deyil, bir il müddətində taliblərə asanlıqla qalib gələrdilər və bu zaman NATO-nun dəstəyinə də qətiyyən ehtiyac duymazdılar. Halbuki bu ordu hər hansı bir iri şəhəri bir müddət belə müdafiə edə bilmədi. Nəticədə isə taliblər hökümət ordularını darmadağın etdilər. Daha doğrusu bu ordu özü-özündən səpələnib dağıldı və qonşu ölkələrdə sığınacaq tapmağa məcbur oldular.

Əfqanıstanın əsas nailiyyəti – “Siyasətçi kastası”nın formalaşması

Biz görürük ki, Qərb Əfqanıstanda ancaq “siyasətçilər” kastası formalaşdıra bildi və yüksək vəzifələr tutan bu siyasətçilərin tək işi öz ciblərini dollarla doldurmaq oldu. Onların ətraflarında böyük şəhərlərdə adminstrativ funksiyaları həyata keçirən insanlar toplandı və bu insanlar NATO-nun çətiri altında bizneslə məşğul olaraq Qərb dəyərləri içində yaşamağa başladılar. Onlar yeni qaydalardan öz mənfəətləri üçün yararlandılar. Lakin bu o demək deyildi ki, onlar bu qaydalar üçün savaşmağa hazırdırlar. Taliblərə qarşı əsasən Amerikan hərbiçiləri və onların müttəfiqləri savaşdı.

Faktiki olaraq amerikanlar və onların müttəfiqləri “siyasətçilər kastası”nın və orta sinifin daha bir il sakitcə yaşamaları üçün ölürdülər. Bununla birlikdə əfqanlar könüllü olaraq orduya getmək istəmirdilər. Bu yaxınlarda ortaya çıxan hesabata görə hər il orduya cəlb edilən əfqanların 30%-i fərarilik edib. Bu fərarilər ölməyi və uzun illər həbsxanada qalmağı göz önünə alaraq taliblərlə savaşmaq istəmirdilər.

NATO qüvvələrinin Əfqanıstandakı biabırçı sonluğu onu göstərdi ki, Qərb siyasətçiləri, analitikləri və intellektualları, hərbiçiləri və onların fikirlərini yayan jurnalistlər heç də haqlı deyildilər. Haqlı olan gənc diplomat Mettiyu Ho (Matthew Hoh) idi. Mettiyu Ho 2007-ci ildə Dövlət Departamentində işə başlamazdan əvvəl iki il dəniz piyadaçısı olaraq İraqda xidmət etmişdi. Diplomat kimi Əfqanıstana gələn Ho çox tez bir zamanda anlamışdı ki, reallıqla KİV-in yazdıqları və Vaşinqtona ötürülən hesabatlar arasında çox böyük fərq var. Mettiyu Ho dəfələrlə dəhşətli fərqi Ağ Evə, mətbuat və televizilara  çatdırmağa cəhd eləmişdi. Nəhayətdə heç kimin onu dinləmək istəmədiyini başa düşüb istefa vermişdi.

O zamanın Dövlət katibi Hillari Klintona vida məktubunda Ho yazırdı: “Mən başa düşmürəm ki, ABŞ Əfqanıstanda hansı strateji məqsədə can atır. Mənim bizim Əfqanıstanda tətbiq etdiyimiz və tətbiq edəcəyimiz strategiyalarla ilə bağlı ciddi şübhələrim var”.

İki il müddətində Kabildə və Zabul vilayətində diplomatik xidmət keçirən Mettyu Ho məktubunda aşağıdaki faktlara diqqət çəkir: “Biz bir zamanlar SSRİ-nin etdiyi kimi Əfqanıstanda yeni qayda və ideologiya yaymaq istəyirik, anca bu qayda və ideologiyanı heç kim bilmir və bilmək də isəmir”.

“Mən ot çəkəndən sonra hamıya mehriban yaşamağı məsləhət görən pasifist deyiləm, fakt odur ki, burda, Əfqanıstanda bizi heç kim görmək istəmir”, deyə o, vəziyyəti Klintona izah etməyə çalışır.

Mettiyu Ho 12 il əvvəl hesab edirdi ki, NATO qüvvələrinin Əfqanıstanda qalması heç bir mahiyyət kəsb eləmir. Ona görə NATO-nun Əfqanıstanda qalması iki məqsədə xidmət edirdi: böyük şəhərlərdə onların himayəsinə keçən zümrə üçün müdafiə çətiri yaratmağa və Qərb dövlətlərinin əhalisinin əhval-ruhiyyəsini yüksək tutmağa.

Biz Qərb televizilarında, mətbuatında və internetdə Əfqanıstanla bağlı yaxşı xəbərlərə baxa, oxuya bilirdik. Misal üşün Kabildə qadınlar yenidən oxumaq imkanı əldə edərək öz karyeralarını qururlar və talibləri görəndə üzlərini örtmürlər. Bundan başqa əfqan məktəblərində balaca qızların gənclər üçün müxtəlif proqramlarda iştirakını, Əfqanıstanda demokratiyanın mənimsənilməsini, insan haqqları uğrunda mübarizə aparıldığını görürdük. Ancaq bütün bu eksperimentlərin effekti olaraq Əfqanıstanda 100 000 dinc sakin öldürüldü. BMT-nin məlumatına görə məhz bu qədər dinç insan 2009-2019-cu illərdə gedən döyüşlərin qurbanı olub.

Əgər NATO qüvvələrini 12 il əvvəl Əfqanıstandan çıxarsaydılar, taliblər bu qədər dinc sakinləri də öldürməzdi. NATO qüvvələrinin bu günə qədər Qərb üçün ekzotik ölkə olan Əfqanıstanda qalması üçün heç bir səbəb yox idi. Nəticədə Qərbin çətiri altında “sivilizasiyalaşdırılmış” insanlar onsuz da indi Kabil aerportunda dəhşət yaşayırlar. Onların faciəsi kimlərdəsə vicdan əzabı doğura bilər, lakin keçmişdə olan çoxsaylı nümunələr onu göstərir ki, Qərb dünyası bu vicdan ağrıları ilə sakitcə yaşamağa öyrəşib.

Əfqanlar niyə mübarizə aparmadılar?

Vicdan ağrısı ilə yaşamağa öyrəşdiyi kimi, Qərb dünyası əsas suallardan qaçmağı və onları görməməzlikdə gəlməyi də bilir. Əfqanıstanla bağlı günün sualı heç də o deyil ki, taliblər niyə qalib gəldilər? Əslində bu məsələdə hər şey özü-özünə aydındır: hər kəs inandığı dəyərlər üçün savaşır və ölür. Qətiyyət onlara məğlub edilməz əsgərlərin ürəyinə qorxu salmağa vadar edir. Doğru sual odur ki, niyə əfqanlar Qərbin onlara qızıl tabaqda gətirdiyi gözəl və rahat həyat üçün mübarizə aparmaq istəmədilər?

Qərb hələ də anlamır ki, onların dünyaya təqdim etdikləri cəlbedici və ruhlandırıcı dəyərlər artıq keçmişdə qalıb. Qərb bu həqiqəti dərk eləmək istəmir, və ona görə də heç görmür də.

Bir milyard inasının yaşadığı Avropa və Şimali Amerika, o cümlədən Avstraliya dünyanın digər hissələrində yaşayan yeddi milyard insana nə təklif edə bilər ki? Özünü üstünlüklərini dərk edərək bunu dünyaya yaymaq və özünün həmişə haqlı olmana dərindən inanmaq təbii ki, başqaları üçün cəlbedici olmayacaq. Cinsi bərabərlik, müxtəlif seksual azlıqların haqlarının müdafiə olunması kimi ideyalar gündə yarım dollar qazanan və evinə suyun gəlməsini firavanlıq kimi qəbul edən insanlar üçün heç bir əhəmiyyət kəsb eləmir. Əgər ən adi hüquqlar belə Qərb sərhədlərindən kənarda kiçik bir qrupun imtiyazı kimi qəbul edilirsə, bu ideyalar üçüncü dünya üçün sadəcə kvant fizikası ilə bağlı söhbətlər kimidir.

Artıq demokratiya və söz azadlığı belə cəlbedici görünmür. Çünki bu dəyərlərin kasıb ölkədə tətbiqi ildırım sürəti ilə kleptokratiyanın yaranmasına səbəb olur. Demokratiya və söz azadlığı ifadələri kasıb ölkələrdə adətən sistemli korrupsiya anlamına gəlir: hakimiyyət dairələri hər şeyi oğurlayır və eyni zamanda onları alqışlayan KİV-ləri də korrupsiya alətinə çevirir. Bu onların hakimiyyətinin davamına təminat verir.

Kasıb ölkələrdə demokratik yolla hakimiyyətə gələnlər zamanında diktatora çevrilə bilmirlərsə, onları ya ordu, ya da silahlı müxalifət devirir.

Din, ya da vətən sevgisi kimi dəyərlərə görə ölməyə hazlr olmaq prinsipi artıq çoxdan Qərbdə dəbdən düşüb. Bu amil Qərbdə çaşqınlıq və güçsüzlük yaradır. Ona görə də Əfqanıstan kimi ölkələrdə inançlı taliblər qalib gəlirlər.

Bu gün Qərbin dünyaya təqdim edə biləcəyi yeganə cəlbedici dəyər - sərvətdir. Yəni varlı olmaq. Lakin sərvət adası yoxsulluq okeanı ilə əhatələnib və ona görə də Qərb öz sərvətini ancaq çox kişik dairələrlə paylaşa bilir. Qərbin sərvətlərini paylaşdıqları insanlar isə öz imtiyazlarından istifadə edərkən, bu imtiyazlar uğruna ölmək istəmirlər. Ona görə də Amerikalılar və onların müttəfiqləri Əfqanıstanı tərk eləməklə çox düzgün addım atdılar.

Əslində Əfqanıstanda baş verənlər Qərb dünyasını informasiya şarının içindəki xülyalardan qopmağa və həqiqətin gözünə baxmağa vadar edir. Lakin ayılmaq üçün bir dəfə soyuq duş qəbul eləmək yetmir. Narahat olmaq üçünsə əsas yoxdur: bizi qarşıda yeni soyuq duşlar gözləyir…

Tərcümə PİA.az-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay