Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan Parlamenti Qələbə Gününün 8 maya keçirilməsi təklifini rədd edib

Gürcüstan parlamentinin deputatları birinci oxunuşda müxalifətçi deputat Teona Akubardiyanın respublikada faşizm üzərində Qələbə Gününün mayın 9-dan 8-nə keçirilməsi ilə bağlı qanunvericilik təşəbbüsünü dəstəkləməyiblər...

APA TASS-a istinadən xəbər verir ki, səsvermənin nəticələrinə görə, Əmək Məcəlləsinə dəyişikliklərin lehinə 20 deputat, əleyhinə 4 deputat səs verib. Dəyişikliklərin qəbulu üçün 76 deputatın razılığı lazım olub.

Akubardiya təşəbbüsünə haqq qazandıraraq deyib ki, faşizm üzərində Qələbə gününü Rusiya ilə deyil, Avropa ilə eyni gündə qeyd etmək lazımdır. Onun sözlərinə görə, qanun layihəsində veteranlara və digər şəxslərə mayın 9-da bayram keçirməyi və bu gün xatirə abidələrini ziyarət etməyi qadağan etmir, amma rəsmi istirahət günü 8-i olmalıdır. Qanun layihəsi siyasi “İslahatçılar Qrupu”nu təmsil edən Akubardiya, eləcə də müstəqil müxalifət deputatı Armaz Axvledianinin birgə təşəbbüsü ilə hazırlanıb.

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının deputatları qanun layihəsinin 9 may bayramını qeyd etməyə alışmış cəmiyyəti parçalamağa xidmət edəcəyini bildirərək, onu tənqid ediblər. Deputatların fikrincə, Qələbə Gününün 9 Mayda rəsmi qeyd olunmağa davam etməsini müzakirə etmək absurddur.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən şəxsin kimliyi məlum olub - Yenilənib

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay