Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada qiymət artımı davam edir, iqtisadiyyatın bütün sektorları çökə bilər

Fransanın özəl yanacaqdoldurma məntəqələri istisna hal olaraq ölkədə benzin və dizelin orta qiymətlərinin artmasının davam etməsi ilə əlaqədar yanacağı zərərlə satmaq hüququ qazanacaq.

Poliqon.info report-a istinadən xəbər verir ki, bunu Fransanın baş naziri Elizabet Born "Le Parisien" qəzetinə müsahibəsində deyib.

"Bəziləri deyirlər ki, qiymətləri daha da aşağı sala bilməyəcəklər, çünki 1963-cü il qanunu onlara zərərlə ticarət etməyi qadağan edir. Hazırda mən elan edə bilərəm ki, biz bu qadağanı aradan qaldıracağıq. Bu, məhdud bir müddət üçün yanacaq üçün istisna olaraq həyata keçiriləcək. Görünməmiş tədbirlə biz yeni yanacaq subsidiyalarına müraciət etmədən fransızlar üçün nəzərəçarpacaq nəticələr əldə edəcəyik"-deyə, o bildirib.
Hökumət başçısı vurğulayıb ki, hakimiyyət orqanları iqtisadiyyatın bütün sektorları, o cümlədən sənaye, neft sənayesi, kənd təsərrüfatı və pərakəndə satış şirkətləri ilə qiymətləri məqbul həddə saxlamaq üçün işləyir.
 
Qeyd edək ki, Fransa hökuməti iqtisadiyyatın bütün sektorlarında qiymət artımını qarşısını subsidiyalar verməməklə almaq istəyir. Bu ilk növbədə orta və kiçik sahibkarların müflisləşməsinə gətirib çıxaracaq.
 
"TF1" telekanalının məlumatına görə, Fransanın yanacaqdoldurma məntəqələrində dizel yanacağının orta qiyməti sentyabrın 8-də bir litr üçün 1,88 avro (həftədə +2,3 sent artıb), "SP95" - E10 benzini orta qiymətə litri 1,93 avroya satılıb ( +0,9 sent artım). Bəzi yerlərdə dizel yanacağının qiyməti litri 2,6 avronu, "SP95" benzininin qiyməti isə 2,3 avronu keçir. Bildirilib ki, benzinin qiyməti ilin əvvəlindən ən yüksək həddə çatıb.

Poliqon.info 


Etiket: Fransa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Ən çox oxunanalar