Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Financial Times: Putin Priqojini deyil, Şoyqunu seçdi...

Vladimir Putin müdafiə naziri Sergey Şoyqunun Ukraynada döyüşən bütün qeyri-qanuni qüvvələrin mərkəzin nəzarəti altında olması ilə bağlı son təklifini dəstəkləyib...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri yazıb. Nəşr yazır ki, bu addım Rusiya könüllü batalyonları və yarımhərbi birləşmələrinin üzvlərinə verilən imtiyazları təmin etmək və döyüş meydanında vahid yanaşma yaratmaq məqsədi daşıyır.

FT qeyd edir ki, Putinin dəstəyi Sergey Şoyqu ilə Yevgeni Priqojin arasında uzun müddətdir davam edən mübahisə fonunda baş verib. Priqojin açıq şəkildə bu plana qarşı çıxıb və ordunun “Vaqner”i Ukraynadakı döyüş meydanından sıxışdırmaq istədiyindən şikayətlənib.

Nəşr yazır ki, Putinin bu dəstəyi, Şoyqunu Ukraynada qələbə qazana bilməməkdə ittiham edən Priqojinin rəhbərlik etdiyi fraksiya tərəfindən nadir hallarda ictimai hücuma məruz qalan Müdafiə Nazirliyiniə əhəmiyyətli kömək edir.

“Putinin dəstəyi həm də Rusiya ordusundakı dərin çatları üzə çıxarır və onu idarə etmək qabiliyyətini şübhə altına alır. Putin planı təsdiqləsə də, Priqojinin orduya qarşı tənqidlərinin çoxunun doğru olduğuna işarə edərək, “Vaqner”in Müdafiə Nazirliyinə tabe olmayacağını deyir. Bu da Priqojinin hələ də Putinin dəstəyini tam itirmədiyi ehtimalını ortaya qoyur”, deyə FT yazır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Müharibənin Zəngəzura keçməsinin qarşısı belə alındı - Marukyan

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay