Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 27 sentyabrda Almaniyaya səfərə gedəcək

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, son dövrdə iki ölkə arasında münasibətlərin normallaşma tempinin artması fonunda Türkiyə lideri həmin səfərə hazırlanması həftələrlə vaxt aparan 8 qovluqla gedir.

Bildirilir ki, Angela Merkellə iki dəfə görüşməsi nəzərdə tutulan Ərdoğanın kanslerlə başda FETÖ-PKK olmaqla, terror qruplaşmaları, miqrant problemi və İdlibdən gələn yeni köç dalğası, iqtisadiyyat, hərbi məsələlər, məscidlər və QHT-lər istiqamətində edilən hücumları, Almaniyada sürətlə inkişaf edən islamafobiya və noyabrda keçiriləcək Almaniya İslam Konfransı kimi məsələləri müzakirə edəcəyi gözlənilir.

FETÖ siyahısı

Almaniya-Türkiyə münasibətlərinin hər baxımdan qiymətləndiriləcəyi diplomatik təmaslarda Ərdoğan fərari FETÖ-çülərin Türkiyəyə qaytarılması ilə bağlı müraciətlərin cavabsız buraxılması, buna baxmayaraq, həmin şəxslərə mühacirət hüququ verilməsindən hiss olunan narahatlığı ifadə edəcək və FETÖ tərəfdarlarının təhvil verilməsi istəniləcək. Bu fonda Merkelə 40-a yaxın FETÖ-çünün siyahısı veriləcək.

Səfər çərçivəsində rəsmi Berlinin PKK-ya qarşı nümayiş etdirdiyi mövqe də müzakirə olunacaq.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Ümumilikdə Ərdoğanın qovluğundakı 8 müzakirə mövzusu:

* Almaniyada Adil Öksüz və Zəkəriyya Özün də aralarında olduğu 40-dan artıq FETÖ rəhbəri var. Bunları Türkiyəyə qaytarın.

* PKK Almaniyada rahatlıqla dolaşmasın.

* Məscidlər, siyasi partiya büroları və Almaniyadakı türklərə aid şirkətlərə hücum edən PKK-çılar məhkəmə qarşısına çıxarılsın.

* Türkiyənin miqrant qəbul etmək potensialı dolub. İdlibə hücum ediləcəyi halda Avropa köç dalğasına hazır olsun.* Müsəlmanlara qarşı irqçi hücumlar dayandırılsın.

* “Leopard” tanklarının modernizasiyasındakı problemlər müzakirə edilsin.

* Türkiyədəki dəmiryollarının modernizasiyası qiymətləndiriləcək (layihənin dəyəri 35 milyard avro olaraq qiymətləndirilir).

* Noyabr ayında təşkil olunacaq Almaniya İslam Konfransında yeni bir islam anlayışı ifadə olunacağı iddiası Ankaranı narahat edir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay