Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: “Sanksiyalar artıq Rusiya iqtisadiyyatına bir çox cəhətdən təsir edib”

“Ukraynadakı hərbi əməliyyatlara görə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar artıq ölkə iqtisadiyyatına bir çox cəhətdən təsir edib”.

Bunu Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi, tarix elmləri namizədi Stanislav Pritçin deyib.

O qeyd edib ki, bu il iqtisadi artım gözləməyə dəyməz, ciddi inflyasiya olacaq, çünki sənayenin bir çox zəncirlərində pozuntular var.

Pritçinin sözlərinə görə, logistika sahəsində də pozuntular müşahidə olunur: bir çox istehsalçılar xaricdən gələn tədarükdən asılıdır və Rusiya bazarı ilə işlərin dayandırılması yerli şirkətlərə ciddi təsir göstərə bilər: “Belə ki, ən çox avtomobil sənayesi, aviasiya sənayesi, ümumiyyətlə, sənaye ilə bağlı hər şey zərər çəkəcək, çünki təchizatdan texnoloji asılılıq var. Çin Qərb idxalını tam əvəz edə bilməz, xüsusilə də aviasiya sektorunda. Çünki Rusiya təyyarələrinin əsas parkı “Airbus” və “Boeing”dən ibarətdir”.

Ekspert, həmçinin dərmanların qiymətinin iki dəfə bahalaşması ehtimalı olduğunu da qeyd edib. “Rublun taleyi isə Rusiya Mərkəzi Bankının və hökumətin ümumilikdə Rusiya bazarını sabitləşdirmək üçün necə işləyəcəyindən, eləcə də Rusiyanın enerji resurslarının ixracının davam edib-etməyəcəyindən asılıdır”, - Pritçin vurğulayıb.

“İndi hökumət iqtisadiyyat üçün riskləri azaltmaq, ən azı, mövcud itkiləri kompensasiya etmək üçün müxtəlif antiböhran tədbirləri hazırlayır. Birincisi, valyutanın istifadəsinə qoyulan məhdudiyyətdir. Burada çətinlik ondan ibarətdir ki, böyük Rusiya şirkətləri xaricə fəal şəkildə cəlb olunub və bu ödənişlər bir qayda olaraq müntəzəm qaydada həyata keçirilir. İndi, məsələn, Rusiyanın “Rosneft” və “Qazprom” şirkətləri daha əvvəl buraxılmış istiqrazlar üzrə ödəniş etməli idilər və indi - Qərb dövlətlərinin Rusiya şirkətlərinin dollardan istifadə imkanlarını maksimum dərəcədə məhdudlaşdırdığı məqamda bunu etmək kifayət qədər çətindir. Qərb agentliklərinin nöqteyi-nəzərindən burada da defolt riskləri var. Sanki “Rosneft” və “Qazprom” bu vəziyyətin öhdəsindən gəlibmiş kimi görünür”, - o vurğulayıb.

Ekspert, həmçinin əlavə edib ki, hazırda idxalın əvəzlənməsi, Rusiya iqtisadiyyatının xarici oyunçulardan asılılığının olmaması istiqamətində addımlar atılır. “Fevral ayının nəticələrinə görə, Rusiya bazarında Çin avtomobillərinin satışları artıb. Lakin Qərb avtomobil konsernləri Rusiyaya, o cümlədən yığım müəssisələrinə o qədər pul yatırıblar ki, Ukrayna ətrafındakı vəziyyət sakitləşəndən sonra onların geri qayıtmayacağını təsəvvür etmək çətindir”, - Pritçin qeyd edib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Müharibənin Zəngəzura keçməsinin qarşısı belə alındı - Marukyan

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay