Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Komitəsi və Penitensiar Xidmət arasında birgə tədbirlər planı imzalanıb

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəhbərliyi arasında birgə fəaliyyətin təşkili ilə bağlı görüş keçirilib...

Poliqon xəbər verir ki, Penitensiar xidmətin Baş idarəsində keçirilən görüşdə Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov qonaqları salamlayaraq, ədliyyə naziri cənab Fərid Əhmədovun tapşırığına əsasən məhkumların, həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində dövlət qurumları ilə sıx əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hər zaman məhkumların vicdan və dini etiqad azadlıqlarının təmin edilməsi istiqamətində əməli addımlar atdığını bildirən nazir müavini Komitə ilə Penitensiar xidmət arasında uzun illər sıx əməkdaşlığın mövcud olduğunu, azadlıqdan məhrum edilmiş şəxslərin sosial adaptasiyasında və islah işlərində birgə layihələrin uğurla icra olunduğunu vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanda əsrlər boyunca müxtəlif dinlərin, etnik qrupların birgə yaşadığını, ölkədə daim dini tolerantlığın hökm sürdüyünü, konstitusion hüquqların, multikultural dəyərlərin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib. Uzunmüddətli birgə fəaliyyətə diqqət çəkən Komitə sədri məhkumların vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirmə işinin genişləndirilməsinin önəmini vurğulayıb. Qeyd edib ki, Dövlət Komitəsi birgə fəaliyyətin təşkili məqsədilə aktual məsələlərin müzakirəsinə dair mütəmadi görüşlərin, tədbirlərin keçirilməsinə hər zaman hazırdır.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, imkanlar qiymətləndirilib. Tərəflər arasında növbəti illər ərzində fəaliyyətin koordinasiya edilməsi məqsədilə birgə Tədbirlər Planı imzalanıb.

Sonda qonaqlar Penitensiar xidmətin Baş idarəsindəki yeni muzeydə ulu öndər Heydər Əliyev və Zəfər şəhidlərinin xatirə guşələri ilə tanış olub, xatirə şəkli çəkdiriblər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Ən çox oxunanalar