Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ciddi zərbələr almaq və itkilər vermə ehtimalımız var” - Microsoft Azerbaijan

“Bu gün Azərbaycanın kiberorduya ehtiyacı var. Mən çox arzu edərdim ki, bizim səlahiyyətli orqanlar bu barədə düşünsünlər”...

Bunu “Microsoft Azerbaijan” şirkətinin yeni baş meneceri Qaçay Mirzəyev deyib.

Onun sözlərinə görə, kibertəhlükəsizliyin təmin edilməməsi Azərbaycanı daha ciddi itkilərlə üz-üzə qoya bilər: “Əgər biz hər şeyi qoyub ölkəni kibertəhlükəsizlik baxımından açıq saxlayarıqsa, ordan daha ciddi zərbələr almaq və itkilər vermə ehtimalımız var. Bu gün qonşu ölkələrin hamısında belə kiberordu var. Onlar nəinki müdafiə edir, hətta hücumlar da təşkil edir. Təsəvvür edin, belə olduğu təqdirdə Azərbaycan hər şeyi rəqəmsallaşdırır, amma onu qorumur. Nə baş verəcək? Ona görə buna diqqət ayırmaq lazımdır".

“Microsoft” rəsmisi əlavə edib ki, şirkət bunun üçün hələ 10 il əvvəl xüsusi təkliflər verib: "Microsoft" hələ 2010-cu ildə "Rəqəmsal kriminal birliyi" (“Digital crime unity”) yaradıb. Heç kəs kiberhücumlarla tək mübarizə apara bilməz. Bu bizi kibercinayətkarlığa qarşı mütəşəkkil mübarizə aparmağa sövq edir. Ona görə də "Microsoft" bu məsələdə irəli düşüb, xeyli sayda şirkətlə əməkdaşlıq və tərəfdaşlıq edir. Dövlət qurumları üçün bizim ordan verdiyimiz xidmətlər pulsuzdur. Bunun üçün dövlət "Government security agreement" deyilən razılaşmanı "Microsoft"la imzalamalıdır. Ondan sonra isə dövlət bütün analitik məlumatlardan istifadə etmək hüququ əldə edəcək. "Windows" bizim əməliyyat sistemimizdir. Əgər ora hər hansı hücum olursa və yaxud virus tapılırsa, bu bizə qarşı hücum kimi qiymətləndirilir. Əgər istifadəçi həmin hücum və yaxud virus haqqında məlumatın "Microsoft"a göndərilməsi açıq razılıq verirsə həmin məlumat bizdə toplanır və analiz olunur. Nəticədə biz bunun hədəfə götürülmüş və yaxud təsadüfi hücum olduğunu müəyyən edirik. Əgər razılaşma olsa biz dövləti məlumatlandıra bilərik, bu isə qabaqlayıcı tədbirlər görməyə imkan verər. Təəssüf ki, hələlik Azərbaycanla belə bir razılıq yoxdur. Amma düşünürəm ki, gələcək addımlardan biri məhz bu anlaşmanı imzalamaq olmalıdır".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Ən çox oxunanalar