Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bloomberg: Rusiya iqtisadiyyatı “sağ qalmaq üçün savaş” rejimindədir…

Ukraynadakı müharibə Rusiya iqtisadiyyatını 2026-cı ilə qədər 190 milyard dollardan məhrum edəcək…

Polqion.info xəbər verir ki, bu barədə Bloomberg Economics-in məlumatında bildirilir.

Bloomberg Economics-in hesablamalarına görə, Rusiya iqtisadiyyatının çökməsi baş verməsə də, getdikcə daha çox “sağ qalmaq üçün savaş” rejiminə keçir. Agentlik analitiklərinin fikrincə, 2026-cı ilə qədər Rusiyanın ÜDM-si 190 milyard dollar azalacaq.

Bildirilir ki, 2026-cı ilə qədər Rusiya iqtisadiyyatının Putinin Ukraynaya müdaxilə əmri vermədiyindən 8% daha kiçik olacağını təxmin edir. Beləliklə, Rusiya Macarıstan və ya Küveytin ÜDM-i ilə müqayisə oluna biləcək bir məbləğ itirəcək.

“Bloomberg”in sorğusunda iştirak edən analitiklər ehtimal edirlər ki, son rübdə iqtisadiyyatda tənəzzül güclənib. Onların hesablamalarına görə, 2022-ci ilin dördüncü rübündə ÜDM illik ifadədə 4,6% azalıb. Və bu, pandemiyanın başlanğıcından bəri ən kəskin eniş olub.

2023-cü il ərzində özəl sektorun artımı 0,5 faiz bəndi azala bilər. Səbəb kişilərin müəssisələrdən cəbhəyə göndərilməsidir.

Müharibə demoqrafik göstəricilərə daha da böyük təsir göstərəcək: növbəti onillikdə Rusiyada əmək qabiliyyətli əhalinin sayı 6,5% azala bilər.

Bloomberg-ə müsahibə verən ekspertlər bu cür nəticələri “sanksiyaların uzunmüddətli təsiri” adlandırırlar. BKS-nin baş iqtisadçısı Natalya Lavrovanın qeyd Edib ki, “texnoloji idxalın azalması uzunmüddətli perspektivdə iqtisadi artım potensialını azaldır”. Keçmiş maliyyə nazirinin müavini Oleq Vyuqin sanksiyaların tətbiqinin davam etdiyinə və Rusiyanın getdikcə daha çox məhdudiyyət gözlədiyinə diqqət çəkib.

Rusiya İqtisadi İnkişaf Nazirliyinin rəsmi proqnozunda ÜDM-nin 2022-ci ildə 2,9%, 2023-cü ildə 0,8% azalması, 2024 və 2025-ci illərdə isə 2,6% artımı göstərilir. 2022-ci ilin dekabr ayının əvvəlində açıqlanan bu proqnozlar ötən il verilən proqnozlardan qat-qat optimistdir. Məsələn avqust ayında Bloomberg konsensus sorğusunun nəticələrinə əsasən Rusiyanın ÜDM-nin illik ifadədə 4,7% azala biləcəyini yazmışdı.

Qeyd edək ki, Rusiya 2023-cü ilin ilk ayını defolt olduğu 1998-ci ildən bəri ən böyük büdcə kəsiri ilə başa vurdu. Lakin buna baxmayaarq, Rusiya prezidenti Vladimir Putin Rusiya iqtisadiyyatının son bir ildəki nəticələrini “yaxşı” hesab edir.

“Vəziyyət həqiqətən də bir çox cəhətdən bir çox digər ölkələrdən daha yaxşıdır” deyə Rusiya prezidenti ötən ilin dekabrında deyib.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Müharibənin Zəngəzura keçməsinin qarşısı belə alındı - Marukyan

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay