Almaniya ABŞ-ın Hörmüz boğazındakı birgə missiyasına qoşulmayacaq
Bu barədə Almaniyanın Xarici İşlər naziri Hayko Maas deyib.
“Hazırda Böyük Britaniya ABŞ-ın rəhbərlik etdiyi birgə missiyaya qoşulmaq istəyir. Ancaq biz bunu etməyəcəyik. Biz Avropa missiyasının formalaşmasını istərdik. Bu məsələ gündəmdə deyil”, – H. Maas bildirib.
Qeyd edək ki, ötən həftə ABŞ-ın Almaniyadakı səfirliyindən bildirilib ki, Donald Tramp administrasiyası Hörmüz boğazında gəmilərin mühafizəsi üçün missiyanın yaradılması ilə bağlı Fransa və Britaniya ilə yanaşı, Almaniyaya da müraciət edib. /APA
pia.az