Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Əsəblərimi cilovlaya bilmədim, mənə qarşı haqsızlıq edildi" - Video, Yenilənib

Sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonunda 310 saylı uşaq bağçasında tərbiyəçi-müəllim tərəfindən azyaşlı uşaqların təhqirə məruz qalması ilə bağlı görüntülər yayılıb...

Məsələ ilə bağlı Baku TV-nin əməkdaşları sözügedən bağçada olublar.

Görüntüləri ictimailəşdirən xanım həmin bağçada uşaqların hər gün döyüldüyünü bildirib:

"Mən 2005-ci ildən burada yaşayıram. Hər gün görürəm ki, uşaqları yatana yaxın vəhşi kimi döyürlər. Birinci müdiri də bu məsələyə görə işdən çıxarıblar".

Son iki gündə bütün cəmiyyətin hərəkətini qınadığı, körpələrə zorakılıq tətbiq edən tərbiyəçi-müəllim də görüntülərin həqiqəti əks etdirdiyini deyib:

"Belə bir şey etmişəm. Əsəblərimi cilovlaya bilmədim. Mənə qarşı haqsızlıq edildi".

Məsələ ilə bağlı Bakı Şəhər Baş Təhsil İdarəsindən bildirilib ki, 310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı zorakı davranışı ilə bağlı araşdırma aparılıb. Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib. Həmçinin Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, 310 nömrəli uşaq bağçasında müdirin səlahiyyətlərinə də xitam verilib.

***

Xəbər verdiyimiz kimi, Sabunçu rayonunda yerləşən 310 nömrəli bağçanın müdiri və müəllimi işdən çıxarılıb. Buna səbəb həmin bağçadakı aqressiv davranışları olub.

Milli.Az-ın məlumatına görə, bağçanın qadın müdiri REAL TV-nin kamerasına tuş gəlib.

Həmin anın görüntülərini təqdim edirik:


 

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Müharibənin Zəngəzura keçməsinin qarşısı belə alındı - Marukyan

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay