Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zahid Oruc hakimiyyətə hansı reallıqları və reseptləri çatdırır? - İqtidar masasına gedən dosyelər...

Azərbaycan hakimiyyətinin 2018-ci ildən elan etdiyi yeni siyasi formasiya və konfiqurasiya elə təşəkkül tapmalıydı ki, orada köhnə nomenklaturaya, keçmişin eybəcərliklərinə və ənənəçilərə yer olmasın. İqtidar bütün vizionu və sistemi dəyişməyi təkcə idarəçilikdə yanaşma ilə  deyil, həm də reputasiyası sağlam fiqurlarla həyata keçirməliydi. Yəni ictimai rəy yeni idarəetmə modelinə keçidi fərqli simalardan, adı çirkaba bulaşmamış məmuriyyətdən ibarət olmaqla qəbul etməliydi. O baxımdan hakimiyyətin üzərinə qoyulan sosial sifariş iqtidar komandasını köhnə qvardiyadan təmizləməklə paralel mühüm strukturlara kristal fiqurları gətirmək idi. Əks halda cəmiyyət oliqarxlaşmış məmur obrazında görəcək və hakimiyyətin yeni idarəetmə modelini təqdimatı cəmiyyətdə blef və sabun köpüyü kimi qəbul olunacaqdı.

Eyni zamanda problemlərin öyrənilməsi, cəmiyyətdə dərinə işləmiş yaraların üzə çıxarılması üçün şablondan kənar bir ictimai rəy mərkəzinin, ümumən beyin mərkəzinin olmasına zərurət yaranmışdı. Çünki buna qədər iqtidarın siyasi rəhbərliyinə çatdırılan ictimai sorğular, əhalinin problemləri haqda verilən hesabatlar təpədən dırnağa yalan, saxta rəy əsasında idi. Xalqın istər məmurlara, istər hakimiyyətin üst təbəqəsinə, istər müxalif cinaha münasibəti ilə bağlı hökumətə verilən rəy sorğuları reallığı əks etdirmirdi və malalamaq, imitasiya xarakteri daşıyırdı. Bu mənada hakimiyyətin 2018-dən başlayan bütün istiqamətlər üzrə dəyişiklik startı ilə qoşa addımlayan proses bir il sonra Sosial Tədqiqatlar Mərkəzinin təsis edilməsinə gətirib çıxardı.

Anaxeber.info-nun təhlil qrupu yazır ki, bu quruma kimin təyin olunması son dərəcə vacib məsələ idi. Çünki bayaq dediyimiz kimi, şişirdilmiş və həqiqətdən uzaq, iqtidarın siyasətini yanlış istiqamətə yönəldəcək sorğular tələb olunmurdu və mərkəzin başında obyektiv biri dayanmalıydı. Bu xüsusda Prezident İlham Əliyevin kadr bankından məhz deputat Zahid Oruca etimad göstərməsi kifayət qədər maraqlı seçim idi. İ. Əliyev bilirdi ki, ona yüksək eridusiyaya malik bir kadr lazımdır və ona məddahlıqla dolu "sosial- iqtisad inkişaf" mifləri, yalan hesabatları gətirməsinlər. Xalqın narazılıqları, şikayətləri, hansı sahələri əhatə edən çətinlikləri haqda dürüst tədqiqatlar lazım idi. Və bu işi Z. Oruc və komandası STM-də həqiqətən reallaşdıra bildi: məmur özbaşınalığı, cəmiyyətin iqtidarla bağlı baxışları, yerli icra orqanları barədə narazılıqlar haqda sosial tədqiqatlar aparıldı, ictimai rəy öyrənilib Prezidentin masasına dosye şəklində qoyuldu. Dövlətə artıq yalan rəylər, reseptlər lazım deyildi və ölkənin sosial vəziyyəti haqda obyektiv diaqnoz qoyulmalıydı. Artıq heç kim nağıllara inanmırdı və hakimiyyət bunu dərk etdiyi üçün Zahid Orucun peşəkarlığı ilə ictimai rəyi çılpaqlığı ilə üzə çıxardı.

İstisna deyil ki, ictimaiyyətə açıqlanmayan sorğular belə masaya qoyulur və real vəziyyət çatdırılır. Bu, hakimiyyətə cəmiyyətlə işləmək, idarəetməni təkmilləşdirmək üçün böyük dəstəkdir. Z. Oruc və komandası məhz xalqın istəklərini və dərd-sərini şəffaf şəkildə iqtidara çatdırır: sosial problemlər, sahibkarların əngəlləri, kasıb təbəqənin şikayətləri, məmurların, rüşvətxorların idarəetməyə vurduğu zərərlər...

Bu təcrübə Z. Orucda Bərdənin millət vəkili olduğu dövrdən bəri formalaşıb. Bərdə əhalisinib və köçkünlərin problemlərini həmişə həll etməyə çalışıb, nəinki malalayıb, yaxud üstündən keçib. Həmçinin kəndlərdə su çətinliyinin həlli, artezian quyuların qazılması, bu işlərin layihələrə, proqramlara salınmasında dəstəyi olub. Yəni istəsəydi göz yumardı və problemlər yerində sayardı. Bərdədə yolların, infrastrukturun  qurulması üçün də deputat kimi dövlət qurumları qarşısında məsələlər qaldırıb. Belə desək, xalqla işlədiyi üçün ictimai rəyin öyrənilməsində təcrübəyə sahibi idi və odur ki, STM sədri vəzifəsinə təyin olundu.

Ümumiyyətlə, Zahid Oruc ictimai rəyin təsis olunmasında və öyrənilməsində ilk fiqurdu. O, dövlət proqramının icrasında, idarəçilikdə vətəndaş fikrinin öyrənilməsində mühüm bir institut qurub. Bəli, hakimiyyət Z.Oruc və komandası sayəsində vətəndaşların idarəçiliklə bağlı fikirlərini öyrənir, məlumat alır. Habelə, parlamentdə İnsan Haqları Komitəsinin sədri kimi önəmli bir fəaliyyəti var - amnistiya, əfv prosesi və s. proseslərdə mühüm rola malikdir.

Beləliklə, hakimiyyətə xəstəlik və onun diaqnozu təqdim olunur, yaramaz məmurlardan qurtuluşla bağlı xalqın mövqeyi çatdırılır, kəsəsi, vətəndaşların necə bir ölkə, necə bir hakimiyyət görmək istədikləri iqtidara resept şəklində təqdim olunur. Əgər Z.Oruc cəmiyyətə açıqlanan nəticələri - istər seçki, istər postmüharibə dövründə xalqın gözləntiləri, iqtisadi məsələlərlə bağlı əhalinin arzularını olduğunu kimi göstərməsəydi, yeni şişirdilmiş rəylər, rəqəmlər ətrafında manipulyasiya etsəydi, fontan vuran inkişafdan danışılsaydı, bu Mərkəzin də fəaliyyəti tezliklə statistik bir komitəyə çevrilərdi.

Bundan əlavə, STM Z. Orucun sayəsində bir beyin fırtınası üçün mərkəzə çevrilib - siyasi ekspertlərin yetişdirilməsi, ictimai rəyin onların dili ilə ifadə edilməsibə rast gəlinir. Yalnız hakimiyyət bu potensialdan düzgün istifadə etməli, ictimai rəylə hesablaşmalı və əhalinin problemlərinə rəqəmlər və faizlərlə baxmamalıdır. O səbəbdən Z. Oruc həm də diskusiya klubları, dəyirmi masalar, müzakirə platformaları təşkil edə, burada cəmiyyətin müxtəlif baxışları olan nüfuzlu xadimləri dəvət oluna bilər. Onlar da ictimaiyyətin rəyini həmin müzakirə meydanlarında hakimiyyətə çatdıra bilər. Yəni ənənəvi idarəetmə keçmişdə qaldı və Zahid Orucun rəhbərliyi altında təqdim edilən tədqiqatlar faydalıdır.

İstənilən hakimiyyət ona təhlükənin haradan gəldiyini, cəmiyyətdə aqressiyanın səbəbini öyrənməklə bərabər həllinə çalışmalıdır. Özü də multimedianın, sosial şəbəkələrin açdığı üfüqlər, pəncərələr də ictimai rəyi ortaya qoyur. İndi gizlətmək yox, acı həqiqətlərin üzərinə getmək zamanıdır. Necə ki bu işi Z. Oruc həm deputat, həm STM sədri kimi edə bilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

İsrail MN-dən İran və "Hizbullah"a xəbərdarlıq: "Əvvəllər görünməmiş zərbə endirəcəyik"

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Paris-2024: Medal siyahısında dəyişiklik ola bilər - Səbəb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay