Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzər TV-nin ayıbı: "Yoldaşına biz yalvarmamışıq ki, get vuruş"... - Video

Sosial şəbəkə istifadəçisi Əziz Məmiyev: "Ən dəhşətlisi isə odur ki, qazimizin həyat yoldaşı Xəzər TV-ə müraciət edib. Xəzər TV rəhbərliyi, aparıcı Lalə Azərtaş bilirsiniz nə cavab verib?"...

Sosial şəbəkədə Qarabağ qazisi Aydın Həzrətovun ölümü ilə bağlı bir çox paylaşımlar edilir və müzakirələr aparılır. O paylaşımlardan biri də Xəzər TV-nin aparıcısı Lalə Azərtaş qaziyə göstərdiyi münasibətlə bağlıdır. Açığı bu Aydın Həzrətovun yaxınlarının bu iddiası bizi də çaşdırdı və bizim üçün də sözün bitdiyi yer oldu.

PİA.az Əziz Məmiyevin paylaşımını olduğu kimi və şərh etmədən tədim edir:

"Çox pis bir hadisə baş verib. Qarabağ qazisi Aydın Həzrətov jurnalistlər onun evində çəkiliş apararkən elə həmin anda keçinib. Ən dəhşətlisi isə odur ki, qazimizin həyat yoldaşı Xəzər TV-ə müraciət edib. Xəzər TV rəhbərliyi, aparıcı Lalə Azərtaş bilirsiniz nə cavab verib? Deyib ki, "yoldaşına biz yalvarmamışıq ki, get vuruş. Hərbçi işləyib, pulun, pensiyasın alıb qoyub cibinə". Görüntülərə baxdıqca adamın ürəyi dözmür. Qazimiz reportaj gedən vaxtı canını tapşırır. Sadəcə dəhşət. Xatırlayırsınızsa Murad Dadaşov bir neçə il əvvəl demişdi ki, "neft xalqın sərvəti deyil, hakimiyyətə məxsusdur". Həmin çıxışından sonra o, dərhal Xəzər TV-nin rəhbəri təyin olundu. Xalqdan qopan Murad Dadaşovun rəhbərlik etdiyi televiziya qazimizi aşağılayıb geri qaytardı və onu ölümə tərk etdi. O qədər yazdıq, ictimailəşdirdik, heç bir faydası olmadı. Yaşat fondu, Təbib, Xəzər TV yaxın durmadı.

Sözün bitdiyi yerdəyik. Əlimizdən heçnə gəlmir. İndi qazimizdən geriyə, onun körpə övladı qaldı. Həmin video reportajın bütöv hissəsini şərh bölümündə yerləşdirəcəm???? Qazimizin ruhu şad olsun????

Bizi bağışlama, cənab baş leytenant!".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Rusiya öz torpağında yıxıldı - Ukrayna Kursku necə ələ keçirib?

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay