Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Milli Məclisə seçkilərə az bir müddət qalmasına baxmayaraq, adları seçki siyahısında olan şəxslərlə bağlı apardığımız araşdırmaların nəticəsində bəzən təəccübümüzü gizlədə bilmirik...

Çünki siyahıda illərdir kreslosundan bərk-bərk yapışan, ana laylası kimi ona aşiq olan deputatlarla yanaşı, 4 il ərzində parlamentdə cıqqırını belə çıxarmayan şəxslərin olduğunu hər dəfəsində görürük.

Yenicag.az-ın seçki marafonu ilə başlatdığı silsilə araşdırmamızda bu gün parlamentin VI çağırış deputatı olmuş Nigar Arpadaraini “qonaq” etmək istədik.

Nigar xanımdan danışarkən, onun deputat həmkarlarından fərqli olaraq, biznes fəaliyyətinin genişliyindən, topdağıtmaz mal-mülklərindən yazmayacağıq. Çünki 4 ildə səssizliyi ilə parlamentdə seçilən deputatımız məhz bunun sayəsində qalmaqallardan uzaq qalmağı bacarıb. Bəlkə də onun da kolleqaları kimi yan-yörəsinə topladıqları var, lakin bununla bağlı dəqiq informasiyamız olmadığı üçün bu məsələnin üstündən keçirik.

Bizi maraqlandıran əsas amil Nigar xanımın Milli Məclisdə ağzına su alıb oturması və 4 il ərzində Səbail sakinlərinin dərdlərinə çarə tapmamasıdır. Bir sıra beynəlxalq tədbirlərinin təşkilatçısı və aparıcısıdır. COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu olan xanım Arpadarai, nədənsə, aktiv fəaliyyətini deputat olduğu dairədə göstərə bilmir.

Qeyd edək ki, bununla bağlı tanınmış jurnalist Elməddin Muradlı sosial şəbəkə hesabında paylaşım etmiş və xanım deputatın fəaliyyətsizliyini tənqid etmişdi.
Paylaşımı olduğu kimi oxucularımıza təqdim edirik:

“Camaat Səbail rayonundan deputatlığa namizəd Nigar Arpadariəyə səs vermək istəmir. Əslində, düz edirlər. Neçə dəfə xanım deputata dedim ki, bir dəfə gəlin, Bayılda camaatla görüşün, sözləri var. Dedi, gələcəyəm, gəlmədi. Sonra yenə görüşdük, dedim, gəlin, ciddi problemlər var, danışaq, müzakirə edək, məsələ qaldıraq, bəlkə həllini tapdı.

Təkliflərimi açıq demişdim.

1.Səbail rayon İcra Hakimiyyəti yalandan da olsa asfalt çəkdi, çöküb dağılır. Piyadalar üçün səki düzəldək, heç olmasa. Qaşınmış asfaltı mən gətizdirim, siz tapşırın yaysınlar, bardür qoyduraq. Yağışda camaat asfaltda gəzir ki, ayağı palçığa batmasın, onda da qəza riski yaranır, maşın vurar. Dedi, yaxşı fikirdir, edərik.

2.Dedim, küçələrin işıqlandırılmasını İcra Hakimiyyəti başdansovdu aparır, gəlin, birlikdə baxaq, görək, necə həll edə bilərik? Dedi, bu da yaxşı fikirdir.

3.Dedim, gəlin, orada SOCAR-ın sahibləndiyi boş torpaqların bir hissəsində uşaqlar üçün futbol meydançası tikək. Uşaqlar, yeniyetmələr sağlam böyüsün. Sonra deməyək ki, uşaqlar narkoman oldu, oğru oldu, nə bilim nə. Şərait yaradaq, onlar da sağlam olsunlar…
Nigar xanım bu fikrimi də dəstəklədi və dedi ki, mütləq gəlib görüşəcəyəm, siz sakinləri dəvət edərsiniz. Dedim, edərəm, təki siz gəlin, ancaq gəlmədi. 3 ildir gözləyirik, daha gəlməsin…”

Göründüyü kimi, xanım Arpadarai üçün deputat mandatı əldə etmək seçildiyi ərazinin sakinlərinin problemlərini həll etməkdən daha ülvi və müqəddəsdir. Biz parlamentdə kimlərin nəçi olduğunu yaxşı bilirik. Bu gün ehtirasla parlamentə düşmək həvəsində olanların da keçmişinə bələdik və anlayırıq ki, onların kreslolarına yayxanaraq, nələri düşündükləri bəllidir. Bəziləri gah övladlarının qudurğan hərəkətləri, bəziləri biznes fəaliyyətləri, bəziləri göydələnə oxşayan villaları, bəziləri isə Nigar xanım kimi susqunluğu ilə dəfələrlə medianın radarına tuş gəlib.

Biz sizi bilirik, bəlkə siz də özünüzdə bir təpər edib xalq üçün fəaliyyətə keçəsiniz? Süleymana qalmayan dünya sizəmi qalacaq?

Poliqon.info

 


Etiket: Nigar Arpadarai


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Britaniyanın Baş naziri Pezeşkian ilə 30 dəqiqəlik telefon danışığı aparıb

Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib  

Rusiya öz torpağında yıxıldı - Ukrayna Kursku necə ələ keçirib?

Ən çox oxunanalar