Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəkidə silah və narkotik vasitələr satmaqda şübhəli bilinən şəxslər saxlanılıblar

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz odlu silah-sursat saxlayan, narkotik vasitələrin satışı və əkini ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib...

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, tədbirlərlə rayon sakini 33 yaşlı Elvin Hüseynzadə saxlanılıb.

Onun idarə etdiyi avtomobildən “Kalaşnikov” avtomatı, daraq və 29 ədəd patron, eləcə də narkotik vasitə marixuana aşkarlanıb. Saxlanılan şəxs odlu silahı satmaq məqsədilə nəqliyyat vasitəsində daşıdığını bildirib.

Keçirilən digər əməliyyat zamanı isə narkotiklərin satışı ilə məşğul olan, əvvəllər də analoji əmələ görə dəfələrlə məhkum olunmuş Mirseyid Ağababayev saxlanılıb.

Ondan 2 kiloqram marixuana və kultivasiya edərək yetişdirdiyi çətənə bitkiləri aşkarlanıb. Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Rusiya öz torpağında yıxıldı - Ukrayna Kursku necə ələ keçirib?

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay