Suriyanın Deyr əz-Zor əyalətində ABŞ hərbi bazasına mərmi atılıb, lakin onlar obyekti vurmayıblar...
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi iki ABŞ rəsmisinə və təhlükəsizlik mənbəsinə istinadən yazır. İlkin məlumatlara görə, itki yoxdur.
Təhlükəsizlik mənbəsinin Reuters Agentliyinə verdiyi məlumata görə, altı mərmi Amerika aviabazasının ətrafına atılıb və yaxınlığa düşüb. ABŞ-ın rəhbərlik etdiyi koalisiya artilleriya atəşi ilə cavab verib.
Qeyd edək ki, avqustun 11-də Suriyada PUA-nın hücumu nəticəsində bir neçə ABŞ və koalisiya hərbçisi yaralanıb. Bundan bir qədər əvvəl İraqdakı “Ayn əl-Əsəd” aviabazasına raket hücumu nəticəsində 5 əsgər yaralanıb.
Poliqon.info