Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ANAMA-da işləmək istəyənlərin diqqətinə!

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə paramedik vəzifəsində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir...

ANAMA-nın mətbuat xidmətindən bildirilib ki, namizədlərin ilkin tibbi yardım və ya müalicə işi ixtisası üzrə orta-ixtisas təhsili olmalıdır.

Həmçinin ANAMA Laçın mobil bazasında aşpaz, qabyuyan, xadimə, çamaşırxana işçisi, fəhlə, Horadiz regional əməliyyat mərkəzi və Ağdam mobil bazasında avtobus sürücüsü, Şuşa və Xankəndi düşərgələrində xidmətçi (xadimə) vəzifələrində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir. Aşpaz işləmək istəyən namizədlərin müvafiq sahədə peşə təhsili, avtobus sürücüsü olmaq istəyən namizədlərin isə 2 ilə qədər iş stajı olmalıdır.

Eyni zamanda, ANAMA Bakı şəhəri İ.Dadaşov küçəsi, 260 ünvanında yerləşən inzibati binaya xadimə və fəhlə vəzifələrində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir.

Maraqlananlar əlaqə telefonu göstərməklə müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə, şəxsiyyət vəsiqəsinin surəti, təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, vəsiqə, arayış və digər), əmək kitabçasının surətini [email protected] ünvanına göndərməlidir.

Sənəd qəbulu cari il avqustun 31-dək aparılacaq.

Əlavə məlumat üçün "805" qaynar xəttinə müraciət oluna bilər.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Sumqayıtda narkotik aludəçisi saxlanılarkən ürəktutmadan öldü

Özbəkistan və Almaniya miqrasiya sahəsində saziş imzalayıblar

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Ən çox oxunanalar