Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna XİN: Kursk vilayətinin ərazisini ələ keçirməkdə...

"Rusiyanın ərazisində gözümüz yoxdur və biz başqa bir ölkənin torpaqlarını ələ keçirmək fikrində deyilik"...

Poliqon APA-ya istinadən bildirir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixiy bildirib.

O xatırladıb ki, Kursk ərazisindən Sum vilayətinə 2000-dən çox raket zərbəsi endirilib. G. Tixiy əlavə edib ki, uzaqmənzilli raketlərdən atəş açmağa icazə verilmədiyi üçün ölkəsi mürəkkəb vəziyyətlə üzləşib.

Bununla belə, Ukrayna XİN-in nümayəndəsi ordunun müdafiə məqsədilə bütün zəruri tədbirləri həyata keçirəcəyini açıqlayıb: "Avropanın sivil hərbi birləşməsi olan Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində keçirdiyi hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar hüquqa ciddi şəkildə riayət edir. Buradakı əsas hədəflərimiz hərbi obyektlər, eləcə də onların hərbi kontingentidir. Ölkəmizə müharibəni Rusiyanın gətirdiyi üçün indi də döyüşlərin onun ərazisində davam etməsi tamamilə ədalətli addımdır".

Georgi Tixinin sözlərinə görə, vəziyyətin sabitləşdirilməsi üçün rəsmi Moskva ədalətli sülhün bərqərarına razılaşmalıdır.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Rusiya öz torpağında yıxıldı - Ukrayna Kursku necə ələ keçirib?

Britaniyanın Baş naziri Pezeşkian ilə 30 dəqiqəlik telefon danışığı aparıb

Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib  

Ən çox oxunanalar