Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Banqladeşin keçmiş baş nazirinə qarşı ölüm ittihamı ilə cinayət işi açılıb

Dəkkə sakini Banqladeşin keçmiş baş naziri Şeyx Hasinaya qarşı iddia qaldırıb...

Oxu.Az xəbər verir ki, bu barədə "Dhaka Tribune" məlumat yayıb.

Cənubi Asiya respublikasının keçmiş hökumət başçısı iyulun 19-da Dəkkənin Məhəmmədpur rayonunda məşğulluq kvotalarına qarşı etirazlar zamanı ərzaq mağazasının sahibi Əbu Səidi öldürməkdə ittiham olunur. Qeyd olunur ki, Səid polisin açdığı atəş nəticəsində dünyasını dəyişib. Dəkkə məhkəməsində Məhəmmədpur sakini Əmir Şatilin adından yerli iş adamının qətli ilə bağlı iddia qaldırılıb.

Şeyx Hasinadan başqa, işdə digər təqsirləndirilənlər keçmiş hakim "Avami liq" partiyasının baş katibi Obaydul Kvader, keçmiş daxili işlər naziri Əsəduzzaman Xan Kamal, polisin keçmiş baş müfəttişi Çoudhuri Abdulla Əl Məmun və bir neçə yüksək vəzifəli polis zabitidir.

Banqladeş Cinayət Məcəlləsinə görə, bu ölkədə adam öldürməyə görə ömürlük həbs və ya ölüm də daxil olmaqla ən ağır cəza verilir.

Xatırladaq ki, avqustun 5-də Şeyx Hasina istefa verib və ölkəni tərk edib.

Poliqon.info

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Rusiya öz torpağında yıxıldı - Ukrayna Kursku necə ələ keçirib?

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib  

Britaniyanın Baş naziri Pezeşkian ilə 30 dəqiqəlik telefon danışığı aparıb

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Orxan İsmayılzadənin ekspertizadan keçirilməsi barədə qərarı verildi

Ən çox oxunanalar