Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Silahlı Qüvvələrinin hücumu niyə səngiyib?..

Hərbi ekspertlər və analitiklər hesab edirlər ki, Ukraynanın əks-hücum əməliyyatı ciddi şəkildə səngiyib...

Poliqon xəbər verir ki, hərbi ekspertlərin “Aqentstvo” nəşrinə verdiyi məlumata görə, buna səbəb Rusiya ordusunun güclü müdafiə, təkmilləşdirilmiş koordinasiya və maddi-texniki təchizat yarada bilməsi, həmçinin hava üstünlüyünə malik olmasıdır. Analitiklərin fikrincə, Kiyev planlarını yenidən nəzərdən keçirmək üçün fasilə verib və təlim keçmiş qüvvələrinin təxminən 85%-ni hələ də əks-hücum əməliyyatlarında istifadə etməyib.

Cəbhədəki vəziyyət

“Ukraynanın əks-hücum əməliyyatı “istədiyimizdən daha yavaş”dır, ona görə ki, Rusiya ordusu Ukrayna ərazisinin 200 min kilometrini minalayıb, buna görə də hazırda nəticə gözləməyin”, deyə Zelenski BBC-yə bildirib. Kiyevdən verilən rəsmi məlumata görə, Ukrayna Silahlı Qüvvələri Zaporojye və Donetsk vilayətlərində 113 kvadrat kilometr ərazini əhatə edən 8 yaşayış məntəqəsini azad edib.

Rusiyayönlü kanallar bildiriblər ki, son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin Zaporojye, Soledar və Donetsk istiqamətlərində ciddi irəliləyişləri olmayıb. Bu mənbələr yerli döyüşlərdən və xüsusilə bir neçə gün əvvəl Ukrayna Silahlı Qüvvələri tərəfindən ələ keçirilən Pyatixatki qəsəbəsini geri alan rusların bəzi uğurlarından bəhs edir. Bundan əlavə, ruslar Luqansk vilayətinin Kremennaya yaxınlığındakı bir neçə dayaq məntəqəsini Ukrayna ordusundan geri ala biliblər. Bu barədə Rusiya Müdafiə Nazirliyinə yaxın olan “Rıbar” telegram kanalı xəbər verib.

Minalanmış ərazilər

OSINT-in analitiki Kirill Mixaylov “Aqentstvo” nəşrinə bildirib ki, ruslar tank əleyhinə maneələr, piyadalar, raket sistemləri və artilleriya iıə təchiz olunmuş mövqelərdən ibarət güclü müdafiə xətləri hazırlayıblar. OSINT analitiki, ABŞ ordusunun veteranı Henri Şlottman deyib: “Əgər geniş cəbhədə minalanmış ərazilərdə çox keçid yoxdursa, ukraynalılar artilleriya və tank əleyhinə idarə olunan raketlərlə asanlıqla vurula bilən kiçik kolonlarda irəliləməyə məcburdurlar”.

Rusiya ordusu əvvəlkindən güclüdür, müqavimət göstərir və təchizat qurub. Rus əks-hücumları Ukrayna ordusunun əks-hücumunu ləngidir”, deyə Şlottman əlavə edib.

Rusiyanın hava üstünlüyü

Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatı Rusiyanın Ka-52 də daxil olmaqla hücum helikopterlərini cəbhə xəttinə köçürdüyünü bildirib. OSINT-in analitiki Kirill Mixaylov “Aqentstvo” nəşrinə bildirib ki, bu, Ukrayna Silahlı Qüvvələrinə Ka-52 helikopterlərindən tank əleyhinə idarə olunan raketlərlə zərbə endirməyə imkan verir. Bundan əlavə, o qeyd edir ki, Rusiya SU-34 təyyarələrində Ukrayna mövqelərinə zərbələr endirir. Şlottmanın sözlərinə görə isə Ukrayna aviasiyası bu günə qədər praktiki olaraq əks-hücumda iştirak etməyib.

Qərb mətbuatı da Rusiya üçün eyni üstünlükdən yazır. Stas adlı ukraynalı əsgər “Financial Times” qəzetinə deyib ki, o, Ukrayna Silahlı Qüvvələrinin hücuma keçən bölmələrinin Rusiya təyyarələri və helikopterlərindən necə atəşə tutulduğunun bir neçə dəfə şahidi olub. Hərbi ekspert Qay Plopski The War Zone nəşrinə bildirib ki, əks-hücum başlayandan bəri Rusiya hücum helikopterlərinin, xüsusən də Ka-52-nin fəaliyyəti kəskin şəkildə artıb. Eyni zamanda, hərbi ekspert Yuri Fedorov belə helikopterlərin kütləvi istifadəsini deyil, yalnız fərdi hücumları görür. Fedorov “Aqentstvo” nəşrinə bildirib ki, Rusiyanın 350-yə yaxın hücum helikopteri cəbhə xəttindədir və bu helikopterlər kifayət qədər təlim keçmiş ekipajlara və təyinatlı və ya idarə olunan raketlərə malikdir.
Bundan sonra nə ola bilər?

Fedorov bildirib ki, Ukrayna Silahlı Qüvvələri Baxmut ətrafında yavaş, lakin kifayət qədər sabit hərəkət edir və şəhərin taktiki mühasirəyə alınmasına nail ola bilər. Onun sözlərinə görə, bu, Moskvanı müdafiəsini zəiflədir və rusları Xerson vilayətindən Baxmut istiqamətinə hərbi bölmələri köçürməyə məcbur edir.

Fedorov qeyd edir ki, Ukrayna Silahlı Qüvvələrinin digər vəzifəsi Azov dənizinə çıxış və Melitopolun və Zaporojye vilayətinin bir hissəsinin işğaldan azad edilməsi ola bilər.

Fyodorov hesab edir ki, Kiyev bütün təlim keçmiş qüvvələrini hücuma göndərdikdə ümumi hücumdan danışmaq mümkün olacaq. Bunlar Müdafiə Nazirliyiin 12 mexanikləşdirilmiş briqadası və Daxili İşlər Nazirliyinin 8 briqadasıdır və ümumilikdə 70 min nəfərdir.

“Bu, həyata keçirilməyənə qədər, hücumun mərhələsi haqqında danışmağa risk etməzdim, deyə Fedorov qey edib. Onun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələrinin üç mexanikləşdirilmiş briqadası döyüşlərdə iştirak edir və bu barədə Ukrayna mənbələri də danışıb.

“İndi Ukrayna Silahlı Qüvvələrinin hücumunun dayandığı qənaətinə gəlmək çətindir. Ukraynalılar gözlənilən yerdə hücuma keçirlər və rus qoşunları buna hazırlaşıblar”, deyə Fyodrov bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

COP29 sədrliyi beynəlxalq foto müsabiqəsinə start verib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay