Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna kəşfiyyatı: Putinə yaxın adamlar bizimlə əməkdaşlıq edirlər...

Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəsmisi bildirib ki, onlar bunu öz mənfəətləri üçün edirlər...

“Ukrayna kəşfiyyatı məlumatlarıı Kremlin ən yüksək eşelonlarında olan adamlardan alır”.

Poliqon.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak İefimerida nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, Putinin ətrafının heç də hamısı müharibəni dəstəkləmir.

“Baş Kəşfiyyat İdarəsi minlərlə mənbədən, o cümlədən Rusiyadakı mövcud agentlərdən gələn məlumatları idarə edir”, deyə Çernyak bildirib.

O, vurğulayıb ki, təmsil etdiyi qurum müharibədə qanunların icazə verdiyi bütün vasitələrdən istifadə edir:

“Biz hətta Putinə çox yaxın olan insanlarla əməkdaşlıq mexanizmlərini tapmışıq. Bunlar heç bir şübhə doğurmayan insanlardır və “böyük Rusiya” tərəfdarları kimi tanınırlar”, deyə Çernyak vurğulayıb.

Ukrayna kəşfiyyatının rəsmisi qeyd edib ki, Rusiya prezidentinin ətrafında onun Ukrayna ilə bağlı siyasətini dəstəkləməyənlər çoxdur.

“Onlar bu müharibənin əleyhinədirlər. Ancaq Ukraynaya qarşı dostluq hisslərinə görə və ya müharibəyə nifrət etdiyinə görə bunu edənlər demək olar ki, tapılmır. Hamısı bunu öz mənfəətləri üçün edir, çünki bu, onların maraqlarına uyğundur. İstəyirlər ki, kimsə onları xilas etsin, çünki böyük pulllar itirirlər.Müharibə başlayandan sonra Putinin yaxın \trafından bir neçə nəfər çox tez pul itirməyə baışaldı və bu da onlara ciddi təsir etdi. Ona görə də onlar bu müharibəni istəmirlər”, deyə Çernyak qeyd edib.

Çernyak həmçinin bu insanların heç birinin inqilabi aksiyaya hazır olmadığını bildirib. Ancaq o əmindir ki, Putin hakimiyyəti itirsə, onu məhv edəcəklər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

COP29 sədrliyi beynəlxalq foto müsabiqəsinə start verib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay