Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə qələbəni qeyd edən CHP-nin binasında eyvan çökdü: Bələdiyyə sədrinin müavini öldü - Foto, Anbaan video

Türkiyənin Denizli vilayətinin Tavas rayonunda CHP ofis binasının eyvanı çöküb...

Nəticədə Tavas rayonunun bələdiyyə sədrinin müavini Mehmet Palaz həyatını itirib.

2024-cü il yerli idarəetmə orqanlarına keçirilən ümumi seçkinin ilkin nəticələrinə görə, Denizlinin Tavas rayonunda CHP bələdiyyə sədrliyinə namizəd Kadir Tatık üstünlük qazanıb.

Qeyri-rəsmi nəticələrin açıqlanmağa başlamasından sonra çox sayda partiya üzvü Yeni Mahalle Karağolanoğlu küçəsində yerləşən partiya binasının qarşısına toplaşıb və seçki qələbəsini qeyd etməyə başlayıb. Küçədəki şənliklərlə yanaşı, böyük bir qrup partiya binasının ikinci mərtəbəsinə qalxıb və eyvanlara çıxıb. Nəticədə ağırlığa dözə bilməyən iki eyvandan biri çöküb. Eyvanda olan 8 nəfər partiya üzvü yaralanıb ki, onlardan 3-nün vəziyyəti ağır olub.

Yaralılar xəstəxanalara çatdırılıblar və onlara ilkin tibbi yardım göstərilib.

Yaralılar arasında CHP-nin Denizli vilayətinin Tavas rayonu üzrə bələdiyyə sədrinin müavini Mehmet Palaz da olub. Başından xəsarət alan və həyati təhlükəsi olan Palazın həkimlərin bütün müdaxilələrinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və o, səhər saatlarında dünyasını dəyişib.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay