Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə mina partlayışında yaralanan 3 nəfərdən birinin ayaqları amputasiya edilib - Yenilənib

Tərtərdə mina partlayışı nəticəsində xəsarət alan 3 nəfərdən birinin hər iki ayağı amputasiya edilib...

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, yaralılardan biri İsmayılov Polad Alış oğlu Tərtər Rayon Mərkəzi Xəstəxanasına, vəziyyəti nisbətən ağır olan digər 2 şəxs isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

Aprelin 2-də Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib.

Poliqon xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Xəbərə görə, 1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!

Poliqon.info


Etiket: ANAMA Tərtər Mina


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Haniyə Türkiyənin parçalanmasını istəyib? - 12 illik gerçək

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Ən çox oxunanalar