Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran müharibəyə hazırlaşır və kömək üçün Rusiyaya müraciət edib

İran İsrailə qarşı mümkün genişmiqyaslı müharibə kontekstində yardım üçün Rusiyaya müraciət edib. O, müasir hava hücumundan müdafiə sistemləri və radarları istəyib...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti hərbi planlaşdırma ilə tanış olan İran rəsmilərinə istinadən məlumat yayıb.

Avqustun 5-də Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu İrana gələrək, ölkənin yeni prezidenti Məsud Pezeşkian və İran Silahlı Qüvvələrinin komandanı, İsrailə qarşı hərbi zərbələrin planlaşdırılmasına rəhbərlik edən briqada generalı Məhəmməd Baqiri ilə görüşüb.

İran lideri özünün strateji tərəfdaşı kimi Rusiya ilə münasibətləri dərinləşdirmək əzmində olduğunu bəyan edib.

"Rusiya çətin anlarda İran xalqına dəstək olan ölkələrdən biridir", deyə prezident bildirib.

Pazeşkian iddia edib ki, İsrailin Qəzza zolağında cinayətkar hərəkətləri və ötən həftə Tehranda HƏMAS lideri İsmayıl Haniyyənin öldürülməsi bütün beynəlxalq qanun və qaydaların pozulmasının bariz nümunələridir:

"Çoxqütblü dünyanın təşviqində İranRusiyanın birgə mövqeləri, şübhəsiz ki, daha böyük qlobal təhlükəsizlik və sülhə gətirib çıxaracaq".

Sergey Şoyqu qeyd edib ki, Rusiya regional məsələlərdə İranla tam əməkdaşlığa hazırdır.

İyul ayında Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra İran İsraildən qisas alacağına söz verib. Avqustun 5-də media İranın İsrailə öz ərazisinə hücum qərarı ilə bağlı xəbərdarlıq etdiyini yazıb.

İranın İsrailə yeni hücumu əvvəlkindən qat-qat güclü ola bilər. İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahının ehtiyatda olan polkovnik-leytenantı Mark Babotun sözlərinə görə, Tehran mindən çox hava hədəfindən istifadə edə bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

"Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu - Vəliyeva

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

"Formula-1"lə bağlı Mərkəzi Bankın nağd pul ofisi fəaliyyətini dayandıracaq

Məşhur aktrisa "Kuruluş Osman"da çəkiləcək - Foto

Ən çox oxunanalar