Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nobel mükafatı laureatı Banqladeşin baş naziri ola bilər

Banqladeşdə müvəqqəti hökümətə Nobel mükafatı laureatı rəhbərlik edə bilər...

Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus baş nazir Şeyx Hasinanın istefasından sonra Banqladeşin müvəqqəti hökumətinin rəhbərlərindən biri ola bilər.

Poliqon xəbər verir ki, bu barədə “Times of India” qəzeti məlumat yayıb.

“Banqladeşdə son tələbə etirazlarının koordinatorları Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus baş nazir olmaqla yeni müvəqqəti hökumətin yaradılmasını təklif ediblər”, deyə nəşr yazır.

Qeyd olunur ki, Yunis 2006-cı ildə mikrokredit və mikromaliyyə sahəsində qabaqcıl fəaliyyətinə görə Nobel Sülh Mükafatını alıb.

Qəzet əlavə edib ki, Yunus 2009-cu ildə ABŞ Prezidentinin “Azadlıq” medalı və 2010-cu ildə Konqresin “Qızıl” medalı da daxil olmaqla, “çoxsaylı nüfuzlu mükafatlar” alıb.

Xatırladaq ki, avqustun 5-də etirazçılar Banqladeşin baş naziri Şeyx Hasinanın Dəkkədəki rəsmi iqamətgahına basqın ediblər. Hasina istefa verib və Hindistana qaçıb. Hindistanın “Hindu” qəzetinə görə, o, İngiltərədən sığınacaq istəyib.

Qeyd edək ki, Banqladeşdə iğtişaşlar 2024-cü ilin iyun ayında tələbələrin məşğulluq kvotası ilə bağlı etirazları fonunda başlayıb və bu günə qədər davam edir. Etirazçılarla qarşı ordu cəlb edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

"Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu - Vəliyeva

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

"Formula-1"lə bağlı Mərkəzi Bankın nağd pul ofisi fəaliyyətini dayandıracaq

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Məşhur aktrisa "Kuruluş Osman"da çəkiləcək - Foto

Ən çox oxunanalar