Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Analitik: Qərb Ukraynanın bərpasında iştirak etmək niyyətində deyil

Qərb Ukraynanın bərpasına pul yatırmağı planlaşdırmır...

Poliqon Wall Street Journal-a istinadən xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin keçmiş əməliyyat direktoru Maks Primoratz bildirib.

"Nə ABŞ-da, nə də Avropada Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün vergi ödəyicilərinin dollarlarından istifadə etmək istəyi yoxdur", deyə analitik vurğulayıb.

Ukrayna hakimiyyətinin ölkəni bərpa etmək üçün görməli olacağı tədbirlər arasında ekspert iqtisadi islahatları və investorların ölkənin kənd təsərrüfatı, texnoloji və müdafiə sektorlarına çıxışının təmin edilməsini qeyd edib. O bildirib ki, bunun üçün 3500 dövlət müəssisəsinin özəlləşdirilməsi və ya ləğv edilməsi tələb olunacaq.

Avqustun əvvəlində məlum olub ki, ukraynalılar artıq ölkəni 1991-ci il sərhədlərinə qaytarmağa inanmırlar. Bundan əvvəl Avropa Xarici Əlaqələr Şurasının (ECFR) sorğu məlumatları göstərib ki, avropalılar Ukraynanın münaqişədə Rusiyanı məğlub edə bilməyəcəyinə inanmağa meyllidirlər.

Ukraynaya dəyən ümumi ziyanın məbləği hələ ki, bəlli deyil. Lakin bir müddət əvvəl bildirilib ki, Rusiya Ukraynaya dəymiş ziyanı kompensasiya edənə qədər bu ölkənin aktivləri dondurulmuş halda saxlanılacaq. Bu barədə ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın milli təhlükəsizlik üzrə səlahiyyətliləri cümə axşamı Vaşinqtonda keçirilən görüşdə bildiriblər.

Beş ölkə hökumətinin sözügedən səlahiyyətliləri Ağ Evdə bir araya gəliblər. Onlar qeyd ediblər ki, Rusiya Ukraynaya dəymiş ziyanı ödəyənə qədər öz ölkələrinin yurisdiksiyalarında yerləşən Rusiyanın suveren aktivləri dondurulmuş halda qalacaq.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Haniyə Türkiyənin parçalanmasını istəyib? - 12 illik gerçək

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Alimlər yatmaq üçün ən uyğun saatı açıqladılar    

Ən çox oxunanalar