Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Times: Budanov uzun müddət Afrikadakı "Vaqner"ə hücum hazırlayıb..

Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov 2023-cü ildən Malidə "Vaqner" qrupunun döyüşçülərinə hücum təşkil etməyi planlaşdırırdı...

Poliqon xəbər verir ki, bu barədə The Times qəzeti ABŞ Milli Təhlükəsizlik Agentliyinin sızdırdığı iddia edilən sənədlərə istinadən məlumat yayıb.

"Kəşfiyyat agentliyinin rəhbəri, ABŞ Milli Təhlükəsizlik Agentliyinin sızdırılmış sənədlərinə əsasən, keçən ildən Malidəki "Vaqner" qrupuna hücum planlaşdırırmış", deyə məqalədə qeyd edilir.

İyulun 28-də Malinin şimalında Tuareq üsyançıları "Vaqner"lə birgə əməliyyat zamanı Malili döyüşçülərə hücum edib və çox sayda "vaqnerçi" öldürülüb. Ukrayna Baş Kəşfiyyat İdarəsi Malidə "Vaqner" döyüşçülərinin məhv edilməsində iştirak etdiyini açıqlayıb. Departament nümayəndəsi Andrey Yusovun sözlərinə görə, yuareqlər Kiyevdən "vaqnerçilər"ə qarşı əməliyyat keçirmək üçün lazımi məlumat alıblar.

Avqustun 5-də Mali hakimiyyəti Ukrayna ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib. Mali hakimiyyəti hesab edir ki, Ukrayna kəşfiyyatı hökumət qoşunları və "Vaqner"ə hücum edən üsyançılara dəstək verib.

Mali hesab edir ki, birinci Ukraynanın hücumda iştirakını etiraf edib, ikincisi isə açıq şəkildə beynəlxalq terrorizmi dəstəkləyib. Press-relizdə qeyd olunur ki, Ukrayna hakimiyyəti bu bəyanatları pisləməyib və ya təkzib etməyib:

"Ukrayna hakimiyyətinin hərəkətləri Malinin suverenliyini pozur, xarici müdaxilə çərçivəsindən kənara çıxır ki, bu da özlüyündə qınaq obyektidir və Maliyə qarşı açıq təcavüz və beynəlxalq terrorizmə dəstəkdir".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Haniyə Türkiyənin parçalanmasını istəyib? - 12 illik gerçək

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Alimlər yatmaq üçün ən uyğun saatı açıqladılar    

Ən çox oxunanalar