Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soğanla sarımsağı birgə yeməyin, dolmaya qatıq vurmayın – Tanınmış həkimdən tövsiyələr

“Yemək süfrəsində zülal, karbohidrat və yağlar səhər, axşam, günorta yeməklərində mütləq olmalıdır. Şərt deyil ki, bir yemək zamanı hamısı olsun. Gün ərzində bunları bölüşdürüb yemək olar. Əsas da yağlara diqqət yetirməliyik. Bizim qidalanmamız elədir ki, daim zülal və karbohidrat qəbul edirik.

Bu zaman karbohidratlar yağlara çevrilir. Ən ciddi çatışmazlıq zülaldır. Çünki nə karbohidrat, nə yağ zülala çevrilmir, amma zülal hər bir şeyə çevrilir. Gündəlik 500 qram karbohidrat, 100-150 qram zülal, 70 qram yağ olmalıdır”

Tanınmış həkim, naturopat Füzuli Hüseynov bəzi ərzaqların birlikdə qəbulu zamanı baş verən problemlərdən danışıb:

"Hansı ərzaqları, qidaları birlikdə yemək olmaz? Məsələn, qızardılmış toyuq, ət və balıq məclislərdə, toyda birlikdə yemək olmaz. Adətən bunlar süfrəyə çox zaman eyni düzülür. Amma bir dəfədə yalnız bir cür ət yeyilməlidir. Balıq yeməyi yanında heç bir əlavə qarnir, pure, kartof lazım deyil, balığı tək yeyin. Soğanla yesəniz kifayətdir. Balıqdan öncə salat yemək məsləhət deyil. Balıqdan sonra şirniyyat yemək bədənə pis təsir etmir.

Süfrədə həm qatıq, həm sirkə, həm ədviyyatlar var. Bunları qarışdırmaq olmaz. Alma sirkəsi qatılan yeməyi qatıqla yemək olmaz. Qatığı çox yemək olmaz. Elə adam var az qala bütün yeməklərə qatıq əlavə edir. Bizdə adətdir, dolmanı qatıqla yeyirlər,amma mən dolmada qatıq istifadə etmirəm. Dolmadan sonra bir az yemək olar.

Soğanla sarımsağən da birlikdə yeyilməsi məsləhət deyil, həzmi pozur. Salatlara ikisi birlikdə vurulmamalıdır. Köp verir.
Müxtəlif tərəvəz və meyvələri birlikdə yedikdə ishal verir, qarın pozulur. Ümumiyyətlə, bir dəfəyə ancaq bir meyvə yeyin, qarışdırmayın . Məsələn, ərik, şaftalı, yemiş qarışdırılmamalıdır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq

"Qarabağ" UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başlayıb - Yenilənib

Səudiyyə Ərəbistanı 2025-ci ildə ilk kiberidman Olimpiya Oyunlarına ev sahibliyi edəcək

İsmayıllıda 38 yaşlı kişi şəlalədən yıxılaraq ölüb

Ən çox oxunanalar