Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Senator Rusiyaya zərbə endirmək qadağasını ləğv edən Baydeni dəli adlandırdı

ABŞ Konqresinin üzvü Marjori Teylor Qrin prezident Co Baydenin Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika silahlarından istifadəsinə qoyulan məhdudiyyəti aradan qaldırmaq qərarını ağılsızlıq adlandırıb...

Poliqon xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bayden gizli şəkildə Ukraynaya Amerika silahlarından istifadə edərək Rusiyaya zərbə endirmək icazəsi verib və belə bir eskalasiya bizi Rusiya ilə birbaşa müharibəyə apara bilər. Co Bayden təkcə demensiyaya malik deyil, o, dəlidir! ABŞ dünya müharibəsinə deyil, sülhə can atmalıdır", deyə senator yazıb.

Bundan əvvəl "Politico" qəzeti mənbələrə istinadən yazıb ki, Co Bayden administrasiyası Ukraynaya gizli şəkildə Rusiyadakı Xarkov yaxınlığında yerləşən hədəflərə Amerika silahları ilə zərbələr endirmək icazəsi verib. Nəşrin mənbəsinin sözlərinə görə, Rusiyanın dərinliklərində uzaq məsafədən zərbələrə qoyulan qadağa dəyişməyib.

"Washington Post" isə Ağ Ev rəsmisinə istinadən yazıb ki, ABŞ Ukrayna ordusuna ölkəni təhdid edərsə, Rusiya ərazisi üzərindəki hədəfləri məhv etmək üçün Amerika hava hücumundan müdafiə avadanlıqlarından istifadə etməyə icazə verib.

Qeyd edilib ki, Ukraynanın Rusiya ərazisi üzərində Rusiya raketləri və ya qırıcılarını vurmaq üçün ABŞ-ın təqdim etdiyi hava hücumundan müdafiə vasitələrinin istifadəsinə heç bir məhdudiyyət yoxdur. Anonimlik şərti ilə danışan amerikalı məmur deyib: "Ukraynanın Rusiya ərazisi üzərində əgər Ukrayna üçün təhlükə yaradarsa, Rusiya raketləri və ya qırıcı təyyarələrini vurmaq üçün ABŞ-ın verdiyi hava hücumundan müdafiə sistemlərindən istifadə etməsinə heç bir məhdudiyyət yoxdur".

Qeyd edək ki, NATOAvropa İttifaqı getdikcə daha çox Rusiyaya qarşı Qərb silahları ilə zərbələrə qoyulan qadağanın aradan qaldırılmasına çağırır. Ukrayna iddia edir ki, bu, onun Rusiya Federasiyası tərəfindən transsərhəd hücumlarının qarşısını almaq imkanlarını məhdudlaşdırır.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay