Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı ekspert: "Korrupsionerlərin idarə etdiyi ölkədə hansısa firavanlıqdan danışmaq mənasızdır"

Ermənistanda korrupsiyanın tüğyan etməsi hamıya məlum olan faktdır və ölkədə sosial-iqtisadi vəziyyətin son dərəcə cansıxıcı olmasının əsas səbəblərindən biridir

PİA.az bildirir ki, bunu Trend-ə açıqlamasında müstəqil iqtisadçı Sergey Volodin deyib. Ekspertin sözlərinə görə, nə qədər ki Ermənistan hökumətində Akop Arşakyan kimi məmurlar var, ölkə onilliklər boyunca elə əvvəlki kimi acınacaqlı vəziyyətdə olacaq:

“Hələ Sarkisyan rejimi dönəmində korrupsiya Ermənistanda sosial-iqtisadi həyatın ayrılmaz hissəsinə çevrilmişdi, lakin yeni hakimiyyətin gəlməsi ilə də faktiki olaraq heç nə dəyişmədi. Buna görə də baş korrupsionerlərin dövləti idarə etdiyi ölkədə hansısa tərəqqidən, firavanlıqdan danışmaq mənasızdır. Belə çıxır ki, baş nazir Paşinyanı indiki vəziyyət tam qane edir, çünki ətrafına korrupsiyaya qurşanmış məmurları yığıb. Buna görə də Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Akop Arşakyanın KİV-in böyük narahatlığına səbəb olan iri investisiya layihəsinə veto qoymasına icazə verilməsi təəccüblü deyil”.

S.Volodin əlavə edib ki, Ermənistanın investisiyaların həcminə görə regionda sonuncu yerdə olması və Azərbaycanla Gürcüstandan xeyli geridə qalması da qətiyyən təəccüblü deyil: “Erməni KİV-in də qeyd etdiyi bu fakt göstərir ki, cəmiyyət indiki hakimiyyətin dövründə Ermənistanın sosial-iqtisadi böhrandan çıxmasının çətin olacağı qənaətindədir”. Onun fikrincə, bu gedişlə Paşinyan və ətrafı tezliklə Ermənistan iqtisadiyyatını tamamilə çıxılmaz vəziyyətə salacaq.

Qeyd edək ki, Rusiyada yaşayan erməni sahibkar Artur Yerznkyan Ermənistanda telekommunikasiya və rabitə sahəsinə 200 milyon dollar investisiya yatırmağı planlaşdırıb. Lakin Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Akop Arşakyan layihənin reallaşdırılmasına veto qoyub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

"Qarabağ" UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başlayıb - Yenilənib

Səudiyyə Ərəbistanı 2025-ci ildə ilk kiberidman Olimpiya Oyunlarına ev sahibliyi edəcək

Ən çox oxunanalar