Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus deputatın Bakıya atom bombası atmaq təklifi... - Rusiya cəmiyyətində nələr baş verir?

Azərbaycan Rusiya Müdafiə Nazirliyinin bəyanatını təkzib etdiyinə görə Dövlət Dumasının deputatı Mixail Delyaqin Bakının neft sənayesini nüvə silahı ilə bombalamağı təklif edib...

Siyasi-şərhçi: “Hər şeydən əvvəl Mixail Delyaqinin bəyanatı Rusiya dövlətinə qarşı hörmətsizlikdir və faktiki olaraq rusiyalı deputat öz dövlətini kiçik düşürür”.

“Görünən odur ki, Azərbaycanın Qarabağdakı hərəkətləri Rusiya rəhbərliyinə o qədər də xoş deyil. O mənada ki, onlar hər hansı digər münaqişə yerlərindəki gərginliyi indi özlərinə qarşı təhdid hesab edirlər”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov bəzi rus ekstremistlərinin Bakıya atom bombası atmaq təkliflərini PİA.az-a şərh edərkən qeyd edib.

Fərrux kəndi ətrafında baş verənlər fonunda Rusiyadan müxtəlif səviyyələrdə təhdidlər gəlməkdəir. Hətta bəzi rus ekstremistlər Bakıya atom bombası atmağı belə təklif edirlər. Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin də həmin təkliflərə qoşulub və Azərbaycanın neft sənayesini nüvə silahı ilə bombalamağın vaxtının çatdığını bildirib. Delyaqinə görə Azərbaycanın neft sənayesi Rusiyaya lazım deyil və buna görə də Bakını bombalamaq lazımdır.

Daha sonra isə Mixail Delyaqin daha da uzağa gedərək “Teleqram” sosial şəbəkəsindəki kanalında Azərbaycana atom bombası atmaqla bağlı səsvermə keçirib. Səsvermədə iştirak edən 177173 nəfərin 32%-bunu dətəkləsə də, 54%-i bunu mümkün hesab etməyib. 14% isə bu təklifi dətəkləsə də, hesab edirlər ki, Azərbaycan mafiyasının Rusiya hakimiyyətinə təsirlərinə görə bu mümükün deyil.

Bir deputatın başqa bir ölkəyə atom bommbası atmasını səsverməyə çıxarması düşünüləsi mümkün olmayan bir hadisədir və çox təəssüf ki, bu gün belə hadisələr Rusiyada baş verir. Rus şovinizminin əlacsızlığı və gücsüzlüyü artıq o səviyyəyə çatıb ki, Rusiya rəsmiləri özlərindən 10 dəfədən artıq kiçik dövlətləri belə nüvə silahı ilə təhdid edirlər və bu artıq bütün dünyada Rusiya tərəfindən qırmızı xəttlərin keçilməsi deməkdir. Görünən odur ki, Putin hakimiyyəti bütün dünya üçün, o cümlədən heç bir halda Rusiyanın varlığı üçün təhlükə yarada bilməyən Azərbaycan üçün təhlükədir və Moskvanın Ukrayna bartaqlığında daha dərinə batdığı hər gün bu təhlükə böyüyür.

Bu bəyanat hər şeydən əvvəl özünün qeyri-təbiiliyi ilə bütün mümkün sərhədləri aşır. Lakin günümüzün həqiqətlərindən biri də odur ki, Putin Rusiyasında artıq hər kəs digər dövlətləri nüvə silahı ilə təhdid edir. Normal dövlətlər də isə belə halalrın baş verməsi imkansızdır.

Rusiyada deputatlar səviyyəsində bu kimi ekstremist fikirlərin səsləndirilməsi nədən xəbər verir və ümumiyyətlə bu kimi fikirlərin geniş yer aldığı Rusiya cəmiyyətində nələr baş verir? Əvvəllər ancaq Jirinovski bu tip bəyanatlar səsləndirirdisə, indi çoxları belə bəyanatlar verirlər. Bu kimi təhdidlərin reallaşması nə qədər mümkündür?

Rusiya cəmiyyətində Azərbaycana qarşı olan ekstremist və radikal münasibəti PİA.az-ın əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədovla müzakirə edib.

Fərhad Məmmədov: “Rusiyanın Müdafiə Nazirliyinə nə qədər sərt cavab verilibsə, deputat Delyaqinə də o qədər sərt cavab veriləcək”.

Delyaqinə həm diplomatik, həm də Azərbaycan kanalları ilə sərt cavab veriləcəyini vurğulayan siyasi-şərhçi PİA.az-a açıqlamasında qeyd edib ki, bu sərtlik Delyaqinin mənsub olduğu siyasi partiyanın ekstrimist təşkilat kimi tanınması, yaxud dövlət telekanalı olan Rusiya telekanalının Azərbaycanda hətta kabel vasitəsi ilə də yayımın dayandırılması ola bilər. Bütün bu addımlar artıq nəzərdən keçirilir:

“Bu sərsəm bəyanatı şərh etmək üçün məsələyə bir az geniş baxmalıyıq. Çünki görünən odur ki, Azərbaycanın Qarabağdakı hərəkətləri Rusiya rəhbərliyinə o qədər də xoş deyil. O mənada ki, onlar hər hansı digər münaqişə yerlərindəki gərginliyi indi özlərinə qarşı təhdid hesab edirlər.

Azərbaycan 44 günlük müharibə dövründə və müharibədən sonra bütün dövlətlərə isbat edə bildi ki, apardığı Vətən müharibəsi hər hansısa bir geosiyasi layihə deyil. Həmçinin Azərbaycan bildirdi ki, bu müharibə digər ölkələrin mənafeyinə qarşı deyil. Azərbaycan troksi dövlət deyil. Azərbaycan öz dövlətinin ədalətli müharibəsini apardı. Azərbaycanın hədəfi öz torpaqlarını işğaldan azad etmək id. İndi də vəziyyət eynidir və Azərbaycan öz tarpaqlarında qanunsuz silahlı dəstələri ləğv etməyə çalışır.

Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatını, deputat Delyaqinin bəyanatını Rusiyada olan yüksək emosional fonla və Ukraynada uğursuzluqla müşahidə olunan hərbi kampaniya ilə bağlamaq lazımdır. Amma Azərbaycanla belə tonda və belə formada danışmaq heç kəsə uğur gətirmir. Onu nəzərə almaq lazımdır ki, Rusiya indi Azərbaycanın hərbi-siyasi müttəfiqi olan Türkiyədə Ukrayna məsələsinə görə danışıqlar aparır. Türkiyə də NATO-da yeganə dövlətdir ki, Rusiya ilə münasibətləri qoruyub saxlayır və vasitəçilik funksiyasını həyata keçirir.

Fərhad Məmmədov: “Azərbaycanla belə tonda və belə formada danışmaq heç kəsə uğur gətirmir”.

Rusiyanın nə resursları, nə də digər mexanizmləri yoxdur ki, indi Türkiyə ilə də münasibətləri Azərbaycanla gərginlik fonunda gərginləşdirsin. Buna görə də düşünürəm ki, həm Azərbaycanın reaksiyası çox sərt olacaq. Rusiyanın Müdafiə Nazirliyinə nə qədər sərt cavab verilibsə, deputat Delyaqinə də o qədər sərt cavab veriləcək.

Delyaqinə həm diplomatik, həm də digər kanallala sərt cavab veriləcək. Yəni bu sərtlik Delyaqinin mənsub olduğu siyasi partiyanın ekstrimis təşkilat kimi tanınması, yaxud dövlət telekanalı olan Rusiya telekanalının Azərbaycanda hətta kabel vasitəsi ilə də yayımın dayandırılması ola bilər. Hazırda bu addımlar ciddi addımlar kimi nəzərdən keçirilir.

Ümumilikdə isə deyə bilərəm ki, Delyaqinin başqa rus ekstremistlərin təklifi ilə heç kəs Azərbaycana atom bombası atmaz. Bunu düşünmək belə gülüncdür. Lakin Rusiya kimi ciddi bir dövlətdə parlament üzvünün belə bir bəyanat səsləndirməsi təbii ki, təəssüf hissi doğurur. Hesab edirəm ki, Dövlət Duması da özünə hörmətlə yanaşaraq Mixail Delyaqinin cəzalandırılması üçün addımlar atmalıdır. Hər şeydən əvvəl Mixail Delyaqinin bəyanatı Rusiya dövlətinə qarşı hörmətsizlikdir və faktiki olaraq rusiyalı deputat öz dövlətini kiçik düşürür”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı Neftçalada “Aqropark”ın fəaliyyətə başlamasını niyə istəmir?

Pensiyaçılara sevindirici xəbər: Artımın məbləği açıqlandı - Video

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - Yenilənib

Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - Yenilənib

"Dəyəri 13 min olsa da, yeddi min manata belə yaxın duran yoxdur" - Taksi sürücüsü şikayətləndi

Azərbaycanda kərə yağının qiyməti bahalaşdı - Video

Rusiya hərbi gəmiləri Bakı buxtasında - Fotolar

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Adıgözəl Qasımov dəfn edilib - Yenilənib

Ən çox oxunanalar