Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ sammiti Gürcüstanı qəbul prosesini dayandırmaqla hədələyib

Avropa İttifaqı sammitində bildirilib ki, hazırkı kurs Gürcüstanın birləşmə yolunu məhv edir...

Brüsseldə keçirilən Avropa İttifaqı sammiti Gürcüstan hakimiyyətini bu yaxınlarda qəbul edilmiş xarici agentlər haqqında qanuna görə ölkənin Aİ-yə qəbul prosesini dayandırmaqla hədələyib.

Poliqon xəbər verir ki, bu barədə sammitin bəyanatında bildirilir.

“”Xarici təsirin şəffaflığı haqqında” qəbul edilmiş qanun Avropa Komissiyasının Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı tövsiyələrindən yayınmadır”, deyə bəyanatda vurğulanır.

Həmçinin Aİ Gürcüstan hakimiyyətini niyyətlərini aydınlaşdırmağa və “hazırkı fəaliyyət kursunu dəyişdirməyə” çağırıb.

“Bildirildiyi kimi, mövcud siyasət Gürcüstanın Aİ-yə gedən yolunu məhv edir və faktiki olaraq üzvlük prosesinin dayanmasına gətirib çıxarır”, deyə bəyanatda qeyd edilir.

Xatırladaq ki, Gürcüstan 2023-cü ilin dekabrında Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu alıb. İyunun 20-də Aİ-nin Tbilisidəki səfiri “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ilə əlaqədar inteqrasiyanın dondurulduğunu bildirib. Avropa diplomatiyasının rəhbəri bildirib ki, əgər Gürcüstan hakimiyyəti hazırkı siyasi kursu davam etdirmək qərarına gəlsə, o zaman Aİ-yə qapılar bu ölkə üçün bağlı olacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Azərbaycanın bəzi rayonlarında leysan yağıb, şimşək çaxıb - Faktiki hava

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Ən çox oxunanalar