Avropa İttifaqının lölkələrinin sammitində liderlər Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə Ukraynaya 50 milyard dollarlıq kreditin ayrılması mexanizmini razılaşdıra bilməyiblər...
Poliqon xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel məlumat verib və əlavə edib ki, müzakirələr davam edəcək.
“Mən əminəm ki, yaxın həftələrdə biz Ukraynaya bu yardım paketini təqdim etmək üçün mühüm qərarlar qəbul edəcəyik”, deyə Mişel yekun mətbuat konfransında deyib. Lakin Avropa Şurası prezidenti bu məsələ ilə bağlı razılığa gəlmək üçün təxmini vaxt çərçivəsini açıqlamayıb.
Xatırladaq ki, iyun ayında G7 ölkələri dondurulmuş Rusiya aktivlərindən əldə edilən mənfəətdən istifadə etməklə 2024-cü ilin sonuna qədər Ukraynaya 50 milyard dollar ayırmaq barədə qərar qəbul etdiklərini açıqlayıblar. “Böyük Yeddilik” Moskvadan Ukrayna ərazisini tərk etməyi və Kiyevə dəyən 486 milyard dollar təzminat ödəməsini tələb edib.
Poliqon.info