Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Baydeni “pis fələstinli” adlandırıb...

Donald Tramp seçki debatları zamanı rəqibi Co Baydenin İsrailin hərəkətlərini dəstəkləmədiyinə işarə edərək ABŞ prezidentini “çox pis fələstinli” adlandırıb...

Poliqon xəbət verir ki, Respublikaçı bu barədə CNN telekanalının efirində keçirilən Baydenlə debatı zamanı bildirib. Tramp hesab edir ki, Qəzza zolağında Fələstinin HƏMAS hərəkatına qarşı mübarizədə İsrailə “işi bitirməyə” icazə verilməlidir.

ABŞ-ın keçmiş prezidenti hazırkı Amerika liderinin Qəzza münaqişəsi ilə bağlı mövqeyini zəif adlandırıb.

“Co Bayden bir fələstinli kimidir. Amma onlar da onu sevmirlər, çünki o, çox pis fələstinlidir”, deyə Donald Tramp debatın gedişində vurğulayıb. Tramp həmçinin müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyib dəstəkləməyəcəyi ilə bağlı suala cavab verməkdən yayınıb.

Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə 2023-cü ilin oktyabrından davam edir. Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin zərbələri 37 mindən çox insanın həyatına son qoyub. İyun ayında BMT Təhlükəsizlik Şurası Qəzza zolağında mərhələli atəşkəs planı ilə birlikdə ABŞ tərəfindən hazırlanmış qətnamə layihəsini qəbul edib. İsrailin baş naziri Benyamin Netanyahu isə Vaşinqtonu İsrail ordusuna silah tədarükünü gecikdirdiyinə görə tənqid edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Azərbaycanın bəzi rayonlarında leysan yağıb, şimşək çaxıb - Faktiki hava

Fransada növbədənkənar parlament seçkiləri keçirilir

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

Ən çox oxunanalar