Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cüdoçumuz Avropa çempionu olub

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında Avropa çempionatına start verilib...

Apasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 9 cüdoçusu tatamiyə çıxıb.

Təmsilçilərimizdən Bahadır Feyzullayev qızıl medal qazanıb. Daha 1 cüdoçumuz bürünc qazanıb.

Oğlanlar
50 kq
Bahadır Feyzullayev ilk görüşdə Maykl Eydana (İsrail), ardınca Furkan Gülə (Türkiyə) qalib gəlib.

Məmmədəli Hüsiyev Nelu Malik (Moldova) və Tomas Gedoni (İtaliya) üzərində qələbələri sıralayıb.

Yarımfinalda təmsilçilərimiz üz-üzə gəlib. Qələbə qazanan Feyzullayev qızıl medal uğrunda Rostislav Kostrıkinlə üz-üzə gəlib. Qalib gələn cüdoçumuz Avropa çempionu olub. Hüsiyev isə bürünc uğrunda görüşdə erməni Şavarş Nahapetyana qalib gəlib.

55 kq
Nihad Məmişov ilk görüşdə Aleks Miloşeviçə (Serbiya) uduzub.

60 kq
Nihad Rəhimov öncə Kyartan Qrey (İslandiya), ardınca Tomas Palilloya (İtaliya) qalib gəlsə də, 1/4 finalda Yakub Kurovskiyə (Polşa) uduzub. O, yoluna təsəlliverici mərhələdə Emil Rəcəbxanov (AİN) üzərində qələbə qazanan cüdoçumuz bürünc uğrunda qarşılaşmada Şalev Koenlə (İsrail) görüşəcək.

Qızlar
40 kq
Xədicə Abdullayeva ilk qarşılaşmasında Ema Vasilyevaya (Bolqarıstan) məğlub olub.

44 kq
Leyla Ələkbərova Stella Papai (Macarıstan) və Yuvay Qabaya (Macarıstan) qalib gələrək 1/4 finala adlayıb. İdmançımız bu mərhələdə Natalya Proliç (Serbiya), təsəlliverici raundda Kalina Qriqorova (Bolqarıstan) səddini keçə bilməyib.
Nərmin Məmmədli Xantia Stilianu (Kipr) üzərində qələbədən sonra Yeva Evinqə (Böyük Britaniya) məğlub olub.

48 kq
Diana Eldarova Noa Hadar (İsrail) və Xrisrina Xristoforu (Kipr) mübarizədən kənarlaşdırıb. O, Şarlotta Nittesneymə (Almaniya) uduzub.
Nuranə Hacızadə isə Petra Culyaka (Bosniya və Herseqovina) qalib gəlsə də, 1/8 finalda Elif Kılıcla (Türkiyə) bacarmayıb.


Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bir sıra vəzifəli şəxslərin əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu yarımfinala yüksəlib - Yenilənib

Gəncədə dəhşətli hadisə: Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı

İranda prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub - Yenilənib

İranda seçkilərdə 10,4 milyon səs hesablanıb, Səid Cəlili öndədir - Yenilənib

Atanın verdiyi "şirinliyə" etiraz edən mama-ginekoloq işindən oldu

Qazidən "şirinlik" istəyən həkim işdən çıxarıldı - Rəsmi

Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər

Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

Gəncədə yanan üç nəfərdən ikisi Bakıya göndərilib - Yenilənib

Bakıda yük avtomobilindən texnika yola aşıb - Yenilənib

Şamaxıda qarpızla dolu yük avtomobili dərəyə aşıb

Ən çox oxunanalar