Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail-Hizbullah qarşıdurması yaxın həftələrdə baş verə bilər

Yayılan məlumatlara görə tərəflər artıq döyüş planlarını hazırlayıblar...

Yaxın bir neçə həftə ərzində İsraillə Livanın şiə hərəkatı “Hizbullah” arasında genişmiqyaslı toqquşma baş verə bilər.

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri iki yüksək rütbəli amerikalı məmura istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, rəsmilər kəşfiyyat məlumatlarına istinad edərək “Hizbullah” və İsrail ordusunun artıq döyüş planları hazırladığını və əlavə silahlar əldə etməyə çalışdıqlarını bildiriblər. Qeyd edilir ki, hazırda İsrailin nə vaxt hücuma keçəcəyi dəqiq vaxt bəlli olmasa da, İsrail ehtiyatlarını tez bir zamanda bərpa etməyə və silahlı qüvvələrinin sayını artırmağa çalışır.

“Politico” mənbələrə istinadən yazır ki, tərəflər atəşkəs razılaşmasına nail ola bilməsələr, bir neçə həftə ərzində irimiqyaslı toqquşmalar başlaya bilər. Rəsmilər bildiriblər ki, tərəfləri döyüşə sövq edən hadisə birdən-birə və xəbərdarlıq edilmədən baş verə bilər.

Qeyd edək ki, bundan əvvəl Pentaqon ABŞ-ın İsrail və “Hizbullah”la vəziyyəti nizamlamaq üçün razılaşma üzərində işlədiyini bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Azərbaycanın bəzi rayonlarında leysan yağıb, şimşək çaxıb - Faktiki hava

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

Fransada növbədənkənar parlament seçkiləri keçirilir

Ən çox oxunanalar