Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden Trampı küçə pişiyi ilə müqayisə edib

Bayden Trampın əxlaq prinsiplərinin avara küçə pişiyi ilə eyni olduğunu bildirib...

ABŞ-ın hazırkı prezidenti Co Bayden keçmiş prezident Donald Trampın əxlaqi prinsiplərini küçə pişiyi ilə müqayisə edib.

Poliqon xəbər verir ki, Bayden belə bir fikri Atlantada keçirilən seçkiqabağı teledebat zamanı səsləndirib. CNN telekanalının efirində keçirilən debat bütün Amerika televiziya şirkətləri tərəfindən yayımlanıb.

Bayden ABŞ tarixində heç bir prezidentin Tramp kimi sözlər səsləndirmədiyini qeyd edərək, buna görə verilən mülki cəzaları xatırladıb. O, həmçinin keçmiş prezidentlə bağlı qalmaqalları, o cümlədən cinayətlərdə və maliyyə pozuntularında ittihamları xatırladıb.

Buna cavab olaraq Tramp porno ulduzla heç bir əlaqəsinin olmadığını və məhkəmənin qərarından apellyasiya şikayəti verməyi planlaşdırdığını bildirib.

Qeyd edək ki, bu yaxınlarda Nyu-Yorkda münsiflər heyəti keçmiş prezidenti porno aktrisa Stormi Danielsə pul ödəyərkən Tramp Təşkilatının maliyyə sənədlərini saxtalaşdırmaqda təqsirli bilib.

Tramp bütün 34 ittiham üzrə təqsirli bilinib və ona iyulun 11-də hökm oxunması planlaşdırılır. Günahı sübuta yetirilərsə, onu 20 ilə qədər həbs gözləyir. Bu, ABŞ tarixində ilk dəfə keçmiş prezidentin cinayətdə təqsirli bilinməsi idi.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Azərbaycanın bəzi rayonlarında leysan yağıb, şimşək çaxıb - Faktiki hava

Fransada növbədənkənar parlament seçkiləri keçirilir

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

Ən çox oxunanalar