Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - Foto

Bu gün Qətər Dövlətinin Milli Günü münasibətilə Qətərin ölkəmizdəki səfirliyi tərəfindən rəsmi qəbul təşkil edilib.

APA-nın məlumatına görə, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, diplomatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Əl Hənzab deyib ki, Qətər regional və beynəlxalq səviyyədə inkişaf dinamikasına əsas töhfə verən ölkələrdən biri olmağa davam edir: “Dünyanın müxtəlif nöqtələrində inkişaf layihələrinə verdiyi dəstəklə, humanitar böhran və çətinliklərə verdiyi cavablarla Qətər BMT-nin hədəflərini və əsas resurslarını dəstəkləyən sadiq tərəfdaşa çevrilib”.

Səfir qeyd edib ki, Qətər-Azərbaycan münasibətləri ortaq sivil humanist dəyərlərə, güclü dostluğa, birgə əməkdaşlığa və qarşılıqlı maraqlara əsaslanır, bu əlaqələr qarşılıqlı hörmət və etimadla daha da güclənir: “İki ölkənin rəhbərliyi xalqlarımızın rifahı üçün siyasi iqtisadi, sosial sahələrdə əlaqələri daha da genişləndirməkdə maraqlıdırlar. Qətər siyasi, iqtisadi mədəni əlaqələri inkişaf etdirərək, şirkətlər üçün ticari mübadilələri və investisiya imkanlarını təmin edərək Azərbaycanla əlaqələrinin daha da inkişafına sadiqdir. Mən əlaqələrimizin inkişafındakı töhfələrinə görə azərbaycanlı dostlarımıza təşəkkür edir, qarşıdan gələn Yeni İl və Həmrəylik Gününüzü təbrik edirəm”.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Hökuməti adından Milli Günü münasibəti ilə Qətər Dövlətini təbrik edib : “Bu gün Azərbaycan-Qətər münasibətləri yüksək səviyyədə inkişaf edir. Bu münasibətlər dostluq və qarşılıqlı hörmətə əsaslanır. Şübhəsiz ki, siyasi dialoqun yüksək səviyyəsini iki ölkənin liderlərinin siyasi iradəsi və müdrikliyi şərtləndirir. Hər iki lider iki ölkənin əməkdaşlığına xüsusi önəm verir. Bizim ölkələr beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir, hər zaman mühüm məsələlərin həllində bir-birini dəstəkləyir. Yüksək səviyyəli səfərlər zamanı əldə olunan razılaşmalar imzalanan sənədlər münasibətlərin hüquqi bazasını formalaşdırıb. Ümumilikdə, iki ölkə arasında 40-a yaxın sənəd imzalanıb”.

Nazir qeyd edib ki, Qətər Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd Ben Abdulrəhman Əl Taninin bu ilin oktyabrında Azərbaycana səfəri zamanı AzərbaycanQətər hökumətləri arasında imzalanmış yeni müqavilə iki ölkənin münasibətlərindəki tendensiyanın parlaq nümunəsidir: “Bu, iki ölkə arasında biznes və turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə kömək edəcək. İki ölkə arasında 2016-cı ildə yaradılmış Hökumətlərarası Komissiyanın fəaliyyəti əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Mən əminəm ki, Qətərin biznes dairəsi bu il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən açılışı olmuş Ələt Azad İqtisadi Zonasında reallaşdırılan layihələrdə iştirak etməkdə maraqlıdır”.

S.Babayev Azərbaycanın 30 il ərzində iş]al altında olmuş torpaqlarının Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə cəsur Azərbaycan Ordusu tərəfindən azad edildiyini xatırladıb: Hazırda azad edilmiş bu torpaqlarda böyük miqyaslı bərpa və quruculuq işləri aparılır. Qatarlı biznesmenlər, bu ölkənin iş dünyası və investorlara bu ərazilərə sərmayə qoymaq təklif edilir. Mən əminəm ki, AzərbaycanQətər münasibətləri gələcəkdə də birgə səylər nəticəsində inkişaf edəcək. Mən bu əlamətdar gündə dost Qətər xalqını təbrik edir, rifah arzulayıram”.

Tədbir qeyri-rəsmi hissə ilə davam edib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Ən çox oxunanalar