Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şoltsun partiyası Almaniyada ABŞ raketlərinin yerləşdirilməsini dəstəkləməyib

Almaniya kansleri Olaf Şoltsun Sosial Demokrat Partiyası (SPD) 2026-cı ildə Almaniyada ABŞ-ın uzaqmənzilli raketlərinin yerləşdirilməsi qərarını dəstəkləməyib...

Poliqon xəbər verir ki, bu barədə “Politico” qəzeti kanslerin partiya üzvlərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, müdafiə və təhlükəsizlik məsələləri ilə məşğul olan yüksək səviyyəli SPD nümayəndələri həmkarlarına məktub yazıblar. Onlar məktubda bu məsələni müzakirə etmək üçün sentyabrda Bundestaqda debat keçirmək niyyətində olduqlarını qeyd ediblər.

“Almaniyada uzunmənzilli silah sistemlərinin yerləşdirilməsi ilə bağlı cari müzakirələr hamımızı narahat edir”, deyə məktubda bildirilir.

Bundestaqın aşağı palatasındakı SPD fraksiyasının lideri Rolf Mütsenix Berlinin bu silahların istifadəsində söz sahibi olub-olmayacağını əsas məsələlərdən biri hesab edir.

“Hər silah dərhal Almaniyanı daha təhlükəsiz etmir”, deyə SPD fraksiyasının lideri bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

COP29 sədrliyi beynəlxalq foto müsabiqəsinə start verib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay