Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Venesuelada polislə etirazçılar arasında toqquşma olub

Venesuelanın paytaxtı Karakasda müxalifət tərəfdarları, Nikolas Maduronun üçüncü dəfə qalib gəldiyi prezident seçkilərinin nəticələri ilə bağlı etiraz aksiyası keçirib...

Poliqon xəbər verir ki, France Press və Associated Press Agentliklərinin verdikləri məlumata görə mitinqdə minlərlə insan iştirak edib.

Agentliklərin bildirdiyinə görə, Venesuela təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Karakas küçələrində etiraz aksiyaları ötən gecə, iyulun 29-da başlayıb. Mərkəzi Urdaneta prospektində dəfələrlə atəş səsləri eşidilib. Milli Şura və Milli Seçki Komissiyasının binalarının mühafizəsi gücləndirilib, prezident sarayında kordonlar qurulub.

AFP xəbər verir ki, minlərlə insan Venesuela paytaxtının küçələrini dolduraraq “Azadlıq” və “Bu hökumət yıxılacaq” şüarları səsləndirib. Etirazçılardan bəziləri Nikolas Maduronun prezidentlik kampaniyası üçün dirəklərdəki təşviqat lövhələrini sökərək yandırıb və polis əməkdaşlarına daş atıblar. AP yazır ki, Milli Qvardiya etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Venesuela müxalifətinin namizədi Edmundo Qonzales “Demokratik Unitar Platforma”nın seçki qərargahına toplaşan etirazçılar qarşısında çıxış edərək bildirib ki, kampaniyada onun prezident seçkilərində qələbəsinə dair sübutlar var.

“Sizə səmimi deyirəm, bizim əlimizdə qəti və statistik cəhətdən dönməz qələbəmizi nümayiş etdirən hesabat vərəqləri var”, deyə AP onun sözlərindən sitat gətirir.

Qeyd edək ki, Venesuelada prezident seçkiləri iyulun 28-də keçirilib. İyulun 29-da axşam Venesuela Milli Seçki Şurası rəsmi olaraq Nikolas Maduronu qalib elan edib. Bülletenlərin 80%-nin işlənməsinin nəticələrinə əsasən, cənab Maduro 51,2%, onun əsas rəqibi Edmundo Qonzales isə 44,2% səs toplayıb.

Venesuela müxalifəti, eləcə də Latın Amerikasının doqquz ölkəsinin hakimiyyəti seçkilərin nəticələrinə yenidən baxılmasını tələb edib. Venesuela Xarici İşlər Nazirliyi seçki şurasının təqdim etdiyi səsvermənin nəticələrini tənqid edən ölkələrin diplomatlarını geri çağırdığını açıqlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

"Qarabağ" futbolçuların maaşlarını arıtırıb

Ən çox oxunanalar