Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

Türkiyə ilə İraq arasında tarixi anlaşmaların imzalandığı bir vaxtda Kərkük yaxınlığında Türkiyəyə məxsus bir kəşfiyyat PUA-sı vurulub...

Azər Qasımov: “Türkiyənin İraqla “İnkişaf yolu” nəqliyyat proyekti ciddiyyət qazandıqca regionda İranın mövqeləri zəifləyir”.

“Bağdad hökümətinin PUA-nı vuran generalı həbs etməsi bu hadisədə İrak hakimiyyətinin əlinin olmadığını göstərməklə yanaşı, onların anlaşmalarına sadiq olduğunu göstərdi”.

Bu sözləri politoloq Azər Qasımov Türkiyə-İran münasibətlərini Poliqon-a şərh edərkən qeyd edib.


Ötən həftə Türkiyə ilə İraq arasında tarixi anlaşmaların imzalandığı bir vaxtda Kərkük yaxınlığında Türkiyəyə məxsus bir kəşfiyyat PUA-sı vuruldu. Bağdad hökuməti PUA-nın vurulmasını əmr edən generalı həbs etdi və məlum oldu ki, təxribatın altından yenə də İran çıxdı. Həmçinin İran Türkiyənin Suriya ilə münasibətlərinin normallaşmasına qarşı çıxır və bunun üçün Bəşər Əsədə təzyiq edir.

Bu konteksdən Türkiyə-İran münasibətlərini necə dəyərləndirmək olar və Orta Şərqin bu iki əsas dövlətinin geosiyasi mübarizəsinin regiona hansı təsirləri var?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “İran adlanan dövlətin mahiyyəti ancaq Türkiyə və ərəb ölkələrinin inkişafının qarşısını almaq üçündür”.

Türkiyənin regionda tarixi rolunun
İranı həmişə qısqandırdığını vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu da regionda geosiyasi qarşıdurma mühiti yaradıb:

“Türkiyənin İraqla “İnkişaf yolu” nəqliyyat proyekti ciddiyyət qazandıqca regionda İranın mövqeləri zəifləyir. Məsələ ondadır ki, Səddam Hüseyndən sonra ABŞ-ın razılığı ilə İrakda mövqelərini gücləndirən İran indi də ABŞ-ın göstərişi ilə Türkiyənin İraqı onların təsir dairəsindən çıxarmaq üçün fəaliyyətlərinə mane olmağa çalışır. Türkiyə PUA-nın vurulması İraq-Türkiyə münasibətlərinə zərbə vurmaq üçün təşkil edilən aksiya idi. Təbii ki, Bağdad hökümətinin PUA-nı vuran generalı həbs etməsi bu hadisədə İrak hakimiyyətinin əlinin olmadığını göstərməklə yanaşı, onların anlaşmalarına sadiq olduğunu göstərdi.

İran hər zamankı kimi müsəlman dünyasının mərkəzində dağıdıcı qüvvə olmaq rolunu oynamağa davam edir. Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır. İranın İrak və Suriyada Türkiyəyə qarşı fəaliyyəti artıq açıq hal alır. Türkiyəyə qarşı PKK, PYD-ni dəstəkləmək siyasəti davam edir. Maraqlı odur ki, onlar ABŞ tərəfindən dəstəklənir. Bu da bütün mətləblərə aydınlıq gətirir.

Azər Qasımov: “Orta Şərqdə Türkiyə və İranın tarixi qarşıdurması regionda stabilliyin yaranmasına imkan vermir”.

İran rejimi regionda Türkiyənin təsir dairəsinin genişlənməsinin qarşısını almaq üçün hər cür fəaliyyəti aparır. Kürd muxtariyyətinin lideri Bərzanilərin güclənməsi üçün dəstək verir.
İran adlanan dövlətin mahiyyəti ancaq Türkiyə və ərəb ölkələrinin inkişafının qarşısını almaq üçündür. İran dövləti ölkədə yaşayan xalqların sanksiyalar altında əzilməsi bahasına öz yalançı İslam dəyərlərlərinin qorunması rolunu uğurla oynayır.

Orta Şərqdə Türkiyə və İranın tarixi qarşıdurması regionda stabilliyin yaranmasına imkan vermir. Onların mübarizəsi digər ölkələrin ərazisində gedir. Türkiyənin NATO ölkəsi olması İranı çəkindirmir.

Türkiyənin regionda tarixi rolu
İranı həmişə qısqandırıb. Bu da geosiyasi qarşıdurma mühiti yaradıb”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək

Ən çox oxunanalar