Kolumbiya polisi ölkənin qərbindəki Kali şəhərində terror aktının qarşısını alıb...
Poliqon xəbər verir ki, bu barədə şəhərin meri Alexandro Eder X sosial şəbəkəsindəki rəsmi səhifəsində videomüraciətində bildirib.
“Bu səhər polisin vaxtında gördüyü tədbirlər sayəsində biz Kali şəhərinin El Valyado ərazisində şübhəli terror aktının qarşısını ala bildik. Bu, cari ildə dördüncü terror aktına cəhddir”, deyə vali bildirib.
Tibb mərkəzi və polis idarəsinin yanında yerləşən kilsənin yaxınlığında partlayıcı qurğu olan avtomobil aşkarlanıb. Eder, səlahiyyətlilərin hücuma görə məsuliyyət daşıyanları tutmağa kömək edəcək məlumat üçün 24 min dollara qədər mükafat təklif etdiyini söyləyib.
Poliqon.info