Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Ermənistanda yayılan məlumata görə “Zəngəzur dəhlizi”nin təhlükəsizliyini özəl şirkət həyata keçirə bilər...

Politoloq: “Ermənistanın özəl bir şirkətin dəhlizin təhlükəsizliyini təmin etməsi təklifi, bir sıra suallar yaradır. Misal üçün Azərbaycan, dəhlizin təhlükəsizliyini təmin edən bir strukturu qəbul edəcəkmi?”.

Azərbaycanın, Ermənistanın təklifini qəbul etməsi və bu təklifin həyata keçirilməsi üçün qarşılıqlı razılaşmaların əldə edilməsi önəmlidir”.

Bu sözləri politoloq Turan Rzayev Ermənistanda “Zəngəzur dəhlizi”nin təhlükəsizliyi ilə bağlı yayılan xəbəri Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Ermənistanda yayılan məlumata görə “Zəngəzur dəhlizi”nin təhlükəsizliyini özəl şirkət həyata keçirə bilər.

Bəs, Azərbaycan Ermənistanın bu təklifini qəbul edə bilərmi və Rusiayının dəhlizin təhlükəsizlinin təmin edilməsindən kanarlaşdırılması bütün tərəflərin, o cümlədən Moskvanın və Qərbin maraqlarını təmin edəcək uzlaşma ola bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Özəl bir şirkətin bu rolu üstlənməsi Azərbaycan üçün təhlükəsizlik riskləri yaradır və ən önəmlisi 10 Noyabr Bəyanatını qüvvədən salır”.

Təklif edilən şirkətin qərb şirkətlərindən birinin ola bilməsini mümkün hesab edən politoloq bildirib ki, buna nə Rusiya, nə də Azərbaycan razı olmayacaq:

“Zəngəzur dəhlizi” məsələsi çox kompleksli və bir neçə ölkənin maraqlarını əhatə edən bir mövzudur. Yəni dəhlizin açılmasında maraqlı olan qüvvələr var və ən önəmlisi 10 Noyabr Bəyanatında prosesin necə olacağı açıqca qeyd edilib.

Ermənistanın özəl bir şirkətin dəhlizin təhlükəsizliyini təmin etməsi təklifi, bir sıra suallar yaradır. Misal üçün Azərbaycan, dəhlizin təhlükəsizliyini təmin edən bir strukturu qəbul edəcəkmi? Bu, siyasi və strateji amillərə bağlıdır. Azərbaycanın dəhlizin maneəsiz hərəkət prinispi əsasında açılmasını istəyir. Özəl bir şirkətin bu rolu üstlənməsi Azərbaycan üçün təhlükəsizlik riskləri yaradır və ən önəmlisi 10 Noyabr Bəyanatını qüvvədən salır.

Təbii ki, bir də Rusiya və Qərbin maraqları var. Rusiya, bölgədəki nüfuzunu qorumağa çalışır və “Zəngəzur dəhlizi”nin təhlükəsizliyinə məsuliyyət daşıyan bir strukturu qəbul etməsi, onun regiondakı təsirini azalda bilər. Rusiya, əslində, bu bölgədəki nüfuzunu qorumaq üçün regional razılaşmalarda iştirak etmək istəyir.

Turan Rzayev: “Dəhlizin açılması fonunda uzlaşmanın əldə edilməsi də istisna deyil”.

Qərbin maraqları isə, regiondan Rusiyanı çıxarmaq, yeni reallıqlar yaratmaqdır. Mümkündür ki, elə təklif edilən şirkətin qərb şirkətlərindən biri ola bilər. Amma buna nə Rusiya, nə də Azərbaycan razı olmayacaq.

Bununla belə, dəhlizin açılması fonunda uzlaşmanın əldə edilməsi də istisna deyil. Yəni İrəvan-Bakı-Moskva üçlü görüşlər ilə dəhlizin açılmasında nail ola bilər. Dəhlizə nəzarətdə bu razılaşma əsasında təyin edilə bilər. Bu halda, tərəflər arasında xüsusi şərtlərlə razılaşma əldə etmək mümkündür.
Bu məsələnin həlli, regional təhlükəsizlik və əməkdaşlıq kontekstində müzakirələrə bağlıdır və çoxsaylı faktorlardan asılıdır. Azərbaycanın, Ermənistanın təklifini qəbul etməsi və bu təklifin həyata keçirilməsi üçün qarşılıqlı razılaşmaların əldə edilməsi önəmlidir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İş və istirahət günlərinin yerləri dəyişdirilib

Rusiya, SEPAH və Qərb arasında qalan Pezeşkian...

Axios: Netanyahu şəxsən peycerlərlə əməliyyatı təsdiqləyib...

Dünya Bankı: Azərbaycanda su sektoruna subsidiyalar azaldılmalıdır

Azərbaycanda əmək müqavilələrinin elektron formaya keçirilməsinin mərhələləri müəyyən edilib

SEPAH generalı Cənubi Qafqazı işğala çağırdı

Ən çox oxunanalar