Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Ədliyyə Nazirliyi Rusiyanın Amerika seçkilərinə müdaxiləsi üçün gizli əməliyyat sxemini açıqlayıb

ABŞ Ədliyyə və Xəzinədarlıq Departamentləri çərşənbə günü eyni vaxtda Rusiyanın noyabr seçkiləri öncəsi ABŞ ictimai rəyini manipulyasiya etmək səylərinə qarşı yönəlmiş tədbirləri elan ediblər...

Poliqon Rusiyanın müxalif “Aqenstvo” nəşrinə istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin hesabatında Kremlin məxfi əməliyyatının təfərrüatları açıqlanırbvə Xəzinədarlığın press-relizində isə bildirilib ki, şəbəkə iştirakçılarına qarşı sanksiyalar tətbiq edir.

Nyu-Yorkun Cənub Dairəsinin ittiham aktına əsasən, RT-nin iki əməkdaşı, Konstantin Kalaşnikov və Yelena Afanasyeva çirkli pulların yuyulması və “Xarici Agentlər Aktı”nı pozmaq üçün sui-qəsddə ittiham olunurlar. ABŞ prokuroru Damian Uilyamsın sözlərinə görə, onlar RT-nin başlatdığı belə bir əməliyyatı Moskvadan saxta şəxsiyyətlər və şirkətlərdən istifadə edərək həyata keçiriblər.

İttihama görə, onlar Tennessidə rusiyayönlü təbliğat və dezinformasiya yaymaq üçün onlayn şərhçilərə pul ödəyən şirkət yaradıblar. Eyni zamanda, strukturun rus mənşəli olması gizlədilib və şərhçilər əslində Rusiya hakimiyyət orqanlarına işlədiklərinndən xəbərsiz olublar. Bu sxem üzrə ümumilikdə 10 milyon dollar xərclənib. Hazırda Kalaşnikov da, Afanasyeva da azadlıqdadır.

RT əməkdaşları tərəfindən yaradılan şirkət TikTok, Instagram, X və YouTube-da ingilis dilində videolar dərc edib. 2023-cü ilin noyabrında yaradıldığı vaxtdan bu struktur təkcə YouTube-da 16 milyondan çox baxış toplayan 2000-ə yaxın video yayımlayıb. Videoların çoxunda ABŞ-da baş verən hadisələr və problemlər, məsələn, immiqrasiya, inflyasiya və daxili və xarici siyasətlə bağlı digər mövzular haqqında şərhlər var və bu şərhlər əsasən ABŞ-da daxili parçalanmaları artırmağa yönəlib.

İddianamədə yer alan ifadəni şirkətin YouTube kanalının şərhində tapan “Bellingcat” araşdırça qrupunun jurnalisti Arik Tolerə görə, iddianamə “Tenet Media”ya qarşı irəli sürülüb.

Kalaşnikov işçilərin maliyyələşdirilməsinə və işə götürülməsinə nəzarət edib. Afanasyeva Helena Şudra və Viktoriya Pesti kimi saxta şəxsiyyətlər altında digər işçilərə göstərişlər verərək yüzlərlə videonun yerləşdirilməsinə nəzarət edib. Məsələn, martın 22-də Crocus City Hall-da baş verən terror aktından sonra o, işçilərdən birindən hücuma görə Ukrayna və ABŞ-ı günahlandırmağı xahiş edib.

“Düşünürəm ki, biz diqqəti Ukrayna-Amerika aspektinə yönəldə bilərik. Media İŞİD-in hücuma görə məsuliyyəti öz üzərinə götürdüyü barədə saxta xəbərlər yayıb, baxmayaraq ki, İŞİD-in özü heç vaxt belə iddialarla çıxış etməyib. Bütün terrorçular Ukrayna ilə sərhədə gedərkən saxlanılıblar”, deyə Afanasyevanın direktivində bildirilib.

2023-cü ilin oktyabrından 2024-cü ilin avqustuna qədər RT Amerika şirkətinə təxminən 9,7 milyon dollar məbləğində bank köçürmələri göndərib. Köçürmələr Türkiyə, BƏƏ və Mavrikiydəki saxta şirkətlərdən edilib və tez-tez ödənişlərin elektronika alqı-satqısı ilə bağlı olduğu barədə şərhlərlə müşayiət olunub. Nə şirkət, nə də təsisçiləri xarici agent kimi qeydiyyatdan keçməyiblər.

31 yaşlı Kalaşnikov və 27 yaşlı Afanasyevanı “xarici agentlər” haqqında qanunu pozduqlarına görə 5 ilə qədər, çirkli pulların yuyulması üçün isə 20 ilə qədər həbs cəzası gözləyir.

Demək olar ki, eyni vaxtda ABŞ Maliyyə Nazirliyi ABŞ hökumətinin “Moskvanın 2024-cü il ABŞ prezident seçkilərinə zərərli təsir göstərmək səylərinə koordinasiyalı cavabı” çərçivəsində 10 fərd və iki təşkilatı təyin etdiyini açıqlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

"Qarabağ" futbolçuların maaşlarını arıtırıb

Ən çox oxunanalar