Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa ərizəsini bir gün əvvəl verib...
Ukrayna prezidenti Vladimir Zelenski xarici işlər naziri Dmitri Kulebanın istefasını şərh edərək, nazirin “silah tədarükünü təşviq etmək üçün kifayət qədər enerjiyə malik olmadığını” qeyd edib.
Poliqon xəbər verir ki, Ukrayna prezidenti bu izahatı hakim “Xalqın xidmətçisi” fraksiyası ilə keçirilən görüşdə verib.
Xatırladaq ki, Kuleba bir gün əvvəl istefa məktubu yazıb. O, 2020-ci ilin martından Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsində çalışıb. Bundan əvvəl məlum olub ki, ondan səlahiyyətlərini xarici işlər nazirinin müavini Andrey Sibiqaya təhvil verilməsi istənilib. Bu məlumatı “Xalqın xidmətçisi” fraksiyasının lideri David Araxamia təsdiqləyib.
“The Economist” öz mənbələrinə istinadən iddia edir ki, Kulebanın istefası bu ilin aprelində, Sibiqa onun müavini təyin olunanda baş verə bilərdi. Lakin nəşrin mənbələrinin məlumatına görə, bu, ABŞ Dövlət Departamentinin aktiv təzyiqi nəticəsində baş verməyib.
“Kuleba həm Ukrayna ərazisində, həm də beynəlxalq səviyyədə nüfuz sahibidir. Bununla belə, onun incə diplomatiyası həmişə şefinin kobud və emosional ritorikasına uyğun gəlmirdi”, deyə qəzet yazıb.
Poliqon.info