Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Bəhreynli rəssamların əsərlərindən ibarət sərgi açılıb - Foto

Avqustun 30-da Bakıda Bəhreynin RAK İncəsənət Fondunun rəssamlarının əsərlərindən ibarət sərgi açılıb...

Poliqon xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏliyevaAzərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov iştirak ediblər.

Sərginin açılışında çıxış edən RAK İncəsənət Fondunun təsisçisi, tanınmış bəhreynli rəssam və kolleksiyaçı Raşid Al Xalifa, bəhreynli rəssamların istedadlarını Azərbaycanın sənətsevərləri ilə bölüşməkdən məmnun olduğunu bildirib. O, RAK İncəsənət Fondunun beynəlxalq əməkdaşlığı və qarşılıqlı anlaşmanı təşviq etdiyini vurğulayıb.

Raşid Al Xalifa əlavə edib ki, bu əməkdaşlığın məqsədi bəhreynli sənətkarların zəngin əsərlərini Bakının rəngarəng incəsənət səhnəsinə təqdim etməkdir.

"Azərxalça" ASC-nin sədri Emin Məmmədov çıxışında Raşid Al Xalifa və RAK İncəsənət Fondu ilə əməkdaşlığın incəsənətin, beynəlxalq dostluğun və mədəni anlaşmanın inkişafına təkan verdiyini qeyd edib. O bildirib ki, Bəhreynin müasir incəsənət nümunələrinin Bakıda nümayiş etdirilməsindən böyük məmnunluq duyur və bu tədbirin ölkələrimiz arasında əməkdaşlıq imkanlarını daha da genişləndirəcəyinə ümid etdiyini ifadə edib.

Qeyd edək ki, daha əvvəl Heydər Əliyev Mərkəzində Raşid Al Xalifanın bir neçə sərgisi təşkil olunub.

Fotolar

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

Ən çox oxunanalar