Pavel Durovun Parisdə həbsi Fransa və Rusiyanı hər hansı əlaqəyə sövq edə bilməz...
Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
“Rusiya tərəfi, əlbəttə ki, öz vətəndaşına bütün lazımi yardımı göstərməyə hazırdır, lakin Pavel Durovla bağlı vəziyyət fərqlidir, çünki o, həm də Fransa vətəndaşıdır və əlbəttə ki, Fransa hakimiyyəti üçün onun vətəndaşlığı yeganə və əsas prioritetdir, ona görə də bizim burada imkanlarımız məhduddur”, deyə Peskov müvafiq sualı cavablandırarkən qeyd edib.
Xatırladaq ki, Telegram platformasının həmtəsisçisi Pavel Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. O, qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə olunması da daxil olmaqla altı cinayətdə ittiham olunur. Telegram-ın təsisçisi 5 milyon avro girov müqabilində məhkəmə nəzarətinə götürülüb və onun Fransadan çıxışı da qadağan edilib.
Poliqon.info