Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında daha çox girovları qətlə yetirməklə hədələyir...
Poliqon xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi jurnalistlər üçün xüsusi onlayn brifinqdə bildirib.
“Girovların siyahısı bizdə var, HƏMAS da var, danışıqlarda iştirak edən bütün tərəflər də var və indi həmin siyahıda daha az ad var. Dəhşətlidir və HƏMAS daha çox girovu öldürməklə hədələyir”, deyə rəsmi bildirib.
“Hər girov üçün azad edilməli olan müəyyən sayda məhbus var və indi bizdə müqavilənin birinci mərhələsində olan daha az girov qalıb” deyə sövdələşmənin altı girovun öldürülməsi ilə əlaqədar daha az fələstinli məhbusun mübadiləsini əhatə edib-etməməsi ilə bağlı sualı cavablandıran rəsmi əlavə edib.
Xatırladaq ki, sentyabrın 1-də İsrail ordusunun sözçüsü Daniel Həcəri bildirib ki, avqustun 31-i axşam saatlarında Rafah şəhəri yaxınlığındakı yeraltı tunellərdən birində altı israilli girovun cəsədi aşkar edilib.
Həcərinin sözlərinə görə, altı girovun hamısı bölgədə fələstinli radikallarla döyüşən İsrail əsgərlərinin onlara çatmasından bir müddət əvvəl öldürülüb.
İsrail Dövlət Səhiyyə Nazirliyinin məlumatına görə, onların hamısı yaxın məsafədən vurulub. Ekspertlərin rəyinə görə, oğurlanmış şəxslərin ölümünün meyitlərin müayinəsindən iki-üç gün əvvəl, avqustun 29-30-da baş verdiyi ehtimal edilir.
Poliqon.info