Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub

28 avqust – 7 sentyabr tarixlərində 81-ci Venesiya Film Festivalı (İtaliya) keçirilir. Festivalda Azərbaycan Kino Agentliyinin (ARKA) rəhbərliyi də iştirak edir...

"Report" xəbər verir ki, Azərbaycan kinosu tarixində ilk dəfə iki film – İkinci Qarabağ müharibəsi haqqında rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və rejissor Şamil Əliyevin XX əsr Azərbaycan memarlığından bəhs edən “Yaradanlar” filmləri festival çərçivəsində nümayiş olunub. Görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşov həyat və yaradıcılığı fonunda “Yaradanlar” filmində Ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq onların yaşayıb-yaratması üçün xidmətləri və memarlığın inkişafına göstərdiyi qayğı əks olunub.

Bundan başqa, festival gedişində ARKA-nın keçirdiyi müsabiqədə qalib olmuş layihələrin xarici şirkətlərlə birgə istehsalı üçün prodüserlərin cəlb edilməsi ilə bağlı təqdimatlar da reallaşıb. Rejissor İlqar Nəcəfin “Quşlar susanda” film layihəsi ilə yanaşı, ARKA-nın maliyyə dəstəyi ilə çəkiləcək digər film layihələri də xarici prodüserlərə təqdim olunub.

Venesiya Film Festivalı ekran əsərlərinin birgə istehsalı baxımından xarici şirkətlər və prodüserlərlə təmaslar qurmaq baxımından olduqca əhəmiyyətli platformadır.

Qeyd edək ki, vaxtilə bu nüfuzlu festivalın tarixində azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi də əsas müsabiqə proqramında yer alıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay